Bakıda "Daşınmaz əmlak sektorunda investisiyalar" mövzusunda konfrans keçiriləcək

Bakıda "Daşınmaz əmlak sektorunda investisiyalar" mövzusunda konfrans keçiriləcək
13:07 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə noyabrın 22-24-də "Baku Expo Center"də "RecExpo II" – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.
"Report"un verdiyi xəbərə görə, sərgidə Azərbaycan, Tükiyə, BƏƏ, Rusiya, İspaniya, Portuqaliya, Xorvatia, Macarıstan, Gürcüstan və Şimali Kipr Türk Respublikasından onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir.
Sərgi həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq. İştirakçı siyahısına daşınmaz əmlakı sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir. Sərgi həmçinin görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq.
Azərbaycan, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi və beynəlxalq prestijli satış agentlərinin yer alacağı "RecExpo II" sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılar və dövlət nümayəndələri ilə görüşməsini təmin edəcək.
Sərginin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Sərgidə beynəlxalq arealda aktual olan bir çox yeni brendləri bir arada toplamağı planlaşdırır. Sərgi belə layihələri eyni zamanda və bir platformada prezentasiyası əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandırır.
Sərgi çərçivəsində noyabrın 23-də “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, "Report" İnformasiya Agentliyi tədbirdə sərginin rəsmi media-tərəfdaşı qismində çıxış edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-beynelxalq-dasinmaz-emlak-ve-i-nvestisiya-sergisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR