Əli Həsənov: "Gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və təmsil edir"

Əli Həsənov: "Gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və təmsil edir"
13:12 10 Noyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Monqolustan Prezidenti: “Əminəm ki, Azərbaycanla əməkdaşlıq beynəlxalq və regional səviyyələrdə genişlənəcək” (28 Aprel 2017 17:07)
İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı açıqlandı (27 Aprel 2017 15:38)
İslamidada Azərbaycanı təmsil edəcək futbol hakimlərinin adları açıqlanıb (26 Aprel 2017 16:47)

Bu gün Bakıda "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda gənclərin respublika konfransı öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən Ə.Həsənov gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəallığını yüksək qiymətləndirib.

Ə.Həsənov qeyd edib: "Müstəqilliyimizin 25 illik yubileyi, 25 ildə keçdiyimiz inkişaf yolu bir neçə aydır ki, ayrı-ayrı tədbirlərdə, toplantılarda müzakirə olunur. Bunların ən zirvəsi Heydər Əliyev Mərkəzində keçirilən tədbir oldu. Həmin tədbirdə Azərbaycanın 25 illik inkişafı ilə bağlı cənab Prezidentin proqram xarakterli, keçdiyimiz bütün inkişaf yolunu geniş təhlil edən və gələcək hədəflərimizi, prioritetlərimizi, gələcək siyasətimizin əsas istiqamətlərini müəyyən edən çıxışını dinlədik. Həmin çıxışda Azərbaycan gəncliyinə və gənclər siyasətinə də toxunuldu".

Prezidentin köməkçisi bildirib ki, indiki mərasimdə iştirak edən gənclərə baxaraq əminliklə söyləmək olar ki, Azərbaycanın gənclərlə bağlı gələcəyinə baxış bizdə optimist əhvali-ruhiyyə yaradır: "Biz 90-cı illərin əvvəllərindəki gəncliklə indiki gəncliyi müqayisə etsək görərik ki, bu iki dövrdəki gənclik arasında yerlə göy qədər fərq var. Azərbaycan gəncləri 25 ildə xeyli uğurlara imza atıblar. Gənclər dövlət quruculuğu prosesində aktiv iştirak edirlər".

Ə.Həsənov deyib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan gəncliyi faktiki olaraq ambisiyalı siyasətin girovuna çevrilərək hakimiyyət uğrunda mübarizəyə cəlb olunmuşdu: "Gənclik milli, sinfi və digər ideoloji baxışlarına görə bir-birinə qarşı qoyulmuşdu. Azərbaycan gəncliyi Azərbaycan dövlətinin, Azərbaycan xalqının problemlərinin altına çiyin vermək əvəzinə, ayrı-ayrı insanların hakimiyyətə gəlmək ambisiyasının girovuna çevrilmişdi. O dövrdəki hakimiyyət və cəmiyyət qarşıdurmasının təməlində gənclər dayanırdı. 1993-cü ilin avqust ayrında parlamentin sədri seçilən Heydər Əliyevin parlamentdə Azərbaycan gəncləri ilə görüşündə ilk dəfə idi ki, Azərbaycan gəncliyinin mövcud vəziyyəti və Azərbaycanın gələcəyində gəncliyin təmsil olunmasının əsas prinsipləri müzakirə olundu. O görüşdən sonra Heydər Əliyev Azərbaycanda gənclər və idman sahəsi ilə məşğul olan ayrıca qurum - Gənclər və İdman Nazirliyini yaratdı. Yəni gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biri oldu. Daha sonra gənclər günü təsis edildi, müxtəlif dövlət proqramları hazırlandı".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan gəncliyi həm də dünyada mövcud olan elm, təhsil və texnologiyanın inkişafının əsas trendlərinə malik olmalı və onlara yiyələnməlidir: "Azərbaycan gəncliyi dünyada rəqabətə davamlı olmalıdır. Azərbaycan gəncliyi dünya gənclərinin bütün sahələr üzrə əldə etdiyi nailiyyətləri mənimsəməli və Azərbaycana gətirməlidir".

Azərbaycan dövlətinin gənclərin təhsil siyasətinə xüsusi dəstək göstərdiyini deyən Prezident köməkçisi bildirib ki, bizim gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və təmsil də edir: "Müstəqillik illərində yetişib formalaşan gənclər xarici dilləri, xarici texnologiyaları öyrəniblər, bütün texnoloji və innovativ nailiyyətlərə yiyələniblər. Bu gəncliklə biz gələcəyə ümidlə baxa bilərik və baxırıq da. Bu gün dövlət quruculuğu sistemimizdə, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılarımız çiyin-çiyinə çalışırlar. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsi bir araya gəlməsi dövlətin gücünü təşkil edir".

Bu gün dövlət qurumlarında çalışanların əksəriyyətinin gənclər olduğunu deyən Ə.Həsənov qeyd edib ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər sırasında gənclər siyasətində əldə olunan nailiyyətləri də əlavə etmək lazımdır.

Sonra gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər şəxslər çıxışlar ediblər.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"İlhamə Quliyevanın mahnılarını toyxanalarda oxumayın" - aparıcı Lamiyyə

29 Aprel 2017 20:05

Bikinidə qolf oynadı - FOTO

29 Aprel 2017 20:05

Hamiləlik zamanı USM ziyanlıdırmı?

29 Aprel 2017 20:05

Maşın aşdı: ər-arvad yaralandı

29 Aprel 2017 20:04

“Şeytan ittifaqı”nın hədəfi və Qarabağda BÖYÜK MÜHARİBƏ: 10 dəqiqə içində... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

29 Aprel 2017 20:03

Azərbaycanlı məktəblilər beynəlxalq kimya olimpiadasında

29 Aprel 2017 20:03

Cocuq Mərcanlıda gün ərzində 1291 qəlpə, 3 partlamamış hərbi sursat tapılıb (FOTO)

29 Aprel 2017 20:01

Cocuq Mərcanlıda iki mərmi və raket tapıldı

29 Aprel 2017 19:59

İmişlidə qəza: avtomobil aşdı, ər və arvad...

29 Aprel 2017 19:58

Boynumuz niyə xırçıldayır və ağrıyır?

29 Aprel 2017 19:58

İlahiyyatçı axundu ifşa etdi: “Onun Qurandan xəbəri yoxdur” – QALMAQAL

29 Aprel 2017 19:58

Fəhləlikdən neft milyonçuluğuna gedən yol – Murtuza Muxtarovun həyatı

29 Aprel 2017 19:57

Qurban Qurbanov: "Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm"

29 Aprel 2017 19:57

İcra başçısının müavinindən 300 mini necə aldılar? - MTN cinayətləri

29 Aprel 2017 19:57

Finlandiyalı gimnast: Bakıdakı tamaşaçılar enerji verirlər

29 Aprel 2017 19:55

Portuqaliyalı gimnast: Bakıdakı gimnastika arenası möhtəşəmdir

29 Aprel 2017 19:55

Açılmayan Marian çökəkliyi sirləri

29 Aprel 2017 19:50

Günəbaxan tumu alarkən nələrə diqqət edilməlidir?

29 Aprel 2017 19:50

Telegram-da məhsul sifariş etmək mümkün olacaq

29 Aprel 2017 19:50

Ayaqları ilə rəsm çəkən Samirənin arzuları - FOTO

29 Aprel 2017 19:49

Artıq tamah baş yarar – HEKAYƏ

29 Aprel 2017 19:49

"Ermənilər köhnəlmiş raketlərlə özlərinin aparatlarını vurublar" - Ehtiyatda olan polkovnik

29 Aprel 2017 19:49

Türkmənistan prezidenti cıdır yarışında qalib gəlib

29 Aprel 2017 19:48

Lissabonda “World Press Photo” sərgisi açılıb

29 Aprel 2017 19:48

Uşağı namaza həvəsləndirmək məqsədilə...

29 Aprel 2017 19:48

İmişlidə yol qəzası baş verib, ər və arvad xəsarət alıb

29 Aprel 2017 19:44

"Sumqayıt"ın baş məşqçisi: "Udsaq da, üzüntülüyük"

29 Aprel 2017 19:44

Adınınz "A", yaxud "B" hərfi ilə başlayırsa

29 Aprel 2017 19:36

Hamiləlikdən sonra arıqladı - FOTO

29 Aprel 2017 19:32

Volvo yeni XC60 təqdim etdi - FOTO

29 Aprel 2017 19:27

Tikintidə işləyən fəhlələrə ŞAD XƏBƏR - Pensiya və əlillik dərəcəsi almaq...

29 Aprel 2017 19:23

İkiqat çempionluq: Tarixdə 2-ci dəfə

29 Aprel 2017 19:22

Həzrət Davudun çıxartdığı qeyri-adi hökm

29 Aprel 2017 19:22

Azərbaycan yığması Dünya Kubokunun finalına vəsiqə qazanıb

29 Aprel 2017 19:21

“11 qol hücumçu üçün gülməli rəqəmdi” – Roman Qriqorçuk

29 Aprel 2017 19:17

Fransız qadınlarının sirri - niyə onlar daha cazibədardırlar?

29 Aprel 2017 19:13

Hamilə aktrisa əri və qızı ilə - FOTO

29 Aprel 2017 19:13

Azərbaycanlı oliqarx övladlarının dəbdəbəli həyatı FOTOLARDA

29 Aprel 2017 19:13

Rusiya haqda inanılmaz faktlar

29 Aprel 2017 19:13

Məşhurların uşağlıq FOTOLARI

29 Aprel 2017 19:12

Premyer Liqa başa çatdı, sonuncu avrokubok yolçusu “Zirə” oldu - YENİLƏNİB

29 Aprel 2017 19:12

Görmə qüsuru olanlar üçün xüsusi eynək

29 Aprel 2017 19:12

“Neftçi” rekordçudu: Qapıları səhv salmaqda

29 Aprel 2017 19:12

“Siz də yorulmusunuz bu barədə eşitməkdən” – Samir Abasov

29 Aprel 2017 19:12

Azərbaycanda qadın müəllim zorla qaçırıldı

29 Aprel 2017 19:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulub

29 Aprel 2017 19:07

Albanın yeni klubu müəyyənləşdi

29 Aprel 2017 19:05

Əməkdar artist xanımı ilə Kanadada - FOTO

29 Aprel 2017 19:05

"İstanbullu gəlin", "Arka sokaklar", yoxsa "Aşk ve Mavi"? - dünənin reytinqi

29 Aprel 2017 19:05

Əsl boşanma səbəbi məlum oldu - əri hər gün içirmiş

29 Aprel 2017 19:05