Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistan "Çıraqovların işi"ni yubadır

Ermənistan "Çıraqovların işi"ni yubadır

Date: 10 November 2016 13:12

Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin "Çıraqov və digərləri Ermənistana qarşı" adlı şikayəti üzrə müsbət qərar çıxardığı gündən (16 iyul 2015-ci il) xeyli vaxt keçib.

Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır. 

Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində vətəndaşlarımız cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidir. Əgər razılığa gəlməsələr, onda Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar çıxaracaq. 

Milli.Az xəbər verir ki, Laçın rayonundan məcburi köçkün düşən Fəxrəddin Paşayev azvision.az-a bildirib ki, bu məsələ ilə bağlı yaxın vaxtlarda vəkillərlə görüş gözlənilir.

"Tərəflərə verilən vaxt çoxdan başa çatıb. Sonuncu dəfə Ermənistan sentyabrın 16-da mövqeyini bildirdi. Ondan sonra heç bir nəticə yoxdur. Məhkəmə hər an, hər dəqiqə qərar verə bilər. Çox güman ki, biz maliyyə məsələlərini həll edə bilsək, vəkillərimizlə görüşmək üçün Londona gedəcəyik". 

F.Paşayev 15 gün əvvəl vəkilləri ilə əlaqə saxladıqlarını və prosesin gedişində yenilik olmadığını qeyd edib. 

Milli.Az


Tags:  Ermənistan Çıraqovların işini yubadır

RƏYLƏR


Top news