Əli Həsənov Azərbaycanın Trampdan gözləntilərini AÇIQLADI

Əli Həsənov Azərbaycanın Trampdan gözləntilərini AÇIQLADI
13:13 10 Noyabr 2016
177 Ölkə
Ölkə mətbuatı
A- A+

“Donald Trampın prezident seçilməsindən ən böyük gözləntimiz ABŞ-ın Minsk qrupundakı fəaliyyətini daha da fəallaşdırmasıdır”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov gənclərə həsr olunmuş bugünkü tədbirdə deyib.

Ə.Həsənov fikirlərinə belə davam edib: “Amerika xalqı dünən 45-ci prezidentini seçdi. Bununla bağlı Azərbaycan Prezidenti Cənab İlham Əliyev də öz təbrik məktubunu Cənab Trampa göndərdi. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd etdi ki, Donald Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk Qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanır. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq. Bu seçimə bütün dünya birliyi dövlətləri kimi Azərbaycan da hörmətlə yanaşır. ABŞ-la Azərbaycan arasında bilirsiz ki, səmərəli əməkdaşlıq əlaqələri var. Biz neçə illərdir ki, ABŞ-la çiyin-çiyinə dünyada sülh yaratmaq proseslərində iştirak edirik. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək”.

Pərviz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR