Mətbuat Şurası ilə İranın dövlət qurumu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Mətbuat Şurası ilə İranın dövlət qurumu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
13:22 10 Noyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə hazırda Tehranda səfərdə olan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və İranın mədəniyyət və islam irşadı nazirinin müavini Hossein Entezami imza atıblar.

Milli.Az-ın məlumatına görə, 10 maddədən ibarət olan memorandumu imzalamaqla tərəflər razılığa gəliblər ki, onlar ölkələrində fəaliyyət göstərən media orqanlarını əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla, öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edəcəklər. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb.

Qeyd edək ki, İran Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə noyabrın 5-dən 9-dək İslam Respublikasında səfərdə olan MŞ sədri Ə.Amaşov bu gün İran mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisi gedişində düzənlənmiş mərasimdə çıxış edib. O, bildirib ki, Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Bu münasibətlər qədim tarixə, xalqlarımız arasındakı mədəni yaxınlığa, adət-ənənə birliyinə söykənir. Azərbaycanın və İranın dövlət başçılarının görüşlərindən də bu məqam xüsusi vurğulanır. "Azərbaycan və İranın kütləvi informasiya vasitələri arasındakı əlaqələr hər zaman olub. İran və Azərbaycan jurnalistlərinin çoxsaylı qarşılıqlı səfərləri reallaşıb. Lakin biz daha geniş müstəvidə əməkdaşlıq qurmağı düşünürük. Bunun üçün kifayət qədər münbit zəmin, ən əsası möhkəm iradə var. İranın Azərbaycandakı Səfirliyi və Azərbaycan Mətbuat Şurası mövcud istiqamətdə birgə layihə reallaşdırmaqdadır. Layihə çərçivəsində İrandan Azərbaycana, Azərbaycandan isə İrana jurnalist səfərləri daha müntəzəm xarakter daşıyacaq. Eyni zamanda birgə konfrans və seminarların, sərhədyanı bölgələrdə görüşlərin, jurnalistlər arasında müxtəlif idman yarışlarının təşkilini nəzərdə tuturuq", - deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədri çıxışında dünyada baş verən proseslərin regiona təsiri üzərində də dayanıb. O bildirib ki, mövcud şəraitdə bölgə, xüsusən də İran və Azərbaycan jurnalistləri yalnız təcrübə mübadiləsi aparmamalı, habelə regionumuzun bu gününü və sabahını nəzərdən keçirməlidirlər. "Beynəlxalq miqyasda nəhəng media korporasiyaları var. Onlar dünya düzəninə böyük təsir göstərirlər. Bir çox hallarda birtərəfli münasibət formalaşdırırlar. İran da bu münasibətlə üzləşib, Azərbaycan da. Ümumən İslam dünyasına münasibətdə ənənəvi mənfi baxış mövcuddur. İslamafobiya var. Düşünürəm ki, media olaraq bizlər bu baxışa qarşı öz düşüncəmizi, haqq səsimizi ortaya qoymalıyıq. Zaman-zaman bunu edə bilməmişik. Əlbəttə, media prinsip etibarilə siyasətdən uzaqdır. Ancaq az əvvəl də qeyd etdim ki, dünyanın nəhəng media korporasiyaları da siyasətdən uzaq olduqlarını bəyan edərək dünyanın siyasi gündəminə təsir göstərirlər. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir. Ümumən İslam coğrafiyasında münaqişəli bölgələr az deyil və bu bölgələrdə ədalət prinsipinə etinasız yanaşılır. Elə isə doğruları, ədaləti təbliğ edəcəyimiz platformaya ehtiyacımız var. Mövcud istiqamətdə fikir mübadiləsi aparmalıyıq, konkret nəticələr əldə etməliyik. Hesab edirəm ki, toplantımız həm də bu baxımdan əlamətdar olacaq və gələcək səmərəli əməkdaşlığa geniş imkanlar yaradacaq", - deyən deputat Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması ilə bağlı məqamlara toxunaraq fikrini əsaslandırıb.

Onu da qeyd edək ki, Ə.Amaşov İrana səfəri çərçivəsində bu ölkənin rəsmi şəxsləri, jurnalist təşkilatlarının nümayəndələri, media təmsilçiləri, habelə İran Parlamentinin deputatları ilə də görüşlər keçirib.

Milli.Az







OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bu qaya parçası erməninin başına düşdü - FOTO

30 Mart 2017 20:47

Azərbaycan kuboku:

30 Mart 2017 20:44

Səfirin məktubu 123 MİN DOLLARA SATILDI

30 Mart 2017 20:42

"Dinə inanmağın mənası yoxdur" - Azərbaycanı dünyaya tanıdan alim - FOTO

30 Mart 2017 20:37

5 yaşlı uşağın axtarışına başlanıldı

30 Mart 2017 20:33

Çində niqab QADAĞAN EDİLDİ

30 Mart 2017 20:32

Cəlilabadda qanunsuz at kəsimi və at əti tədarükü aşkarlandı - FOTOLAR

30 Mart 2017 20:28

Quşçuluq fermasında 30-dan artıq at cəmdəyi tapıldı - Cəlilabadda - FOTO

30 Mart 2017 20:27

Azərbaycanlı qızın erməni oğlanla

30 Mart 2017 20:25

İnsan orqanizmi üçün ən zərərli giləmeyvə

30 Mart 2017 20:18

Ukrayna malların Azərbaycan üzərindən daşınmasında maraqlıdır - FOTO

30 Mart 2017 20:17

Saqqal saxlamaq QADAĞAN OLUNDU

30 Mart 2017 20:17

Ərdoğanın proqramında dəyişiklik - PROBLEM YARANDI

30 Mart 2017 20:12

Nizami Hacıyev Zaur Svanadzenin taktikasını tənqid etdi

30 Mart 2017 20:07

Ən yaxın iki ildə MÜHARİBƏ, Moskva 20 il sonra... – GÜNÜN SİYASİ XÜLASƏSİ

30 Mart 2017 20:03

“Qolları həddiyə edəndən sonra futbolçular “sındı” - Zaur Svanadze

30 Mart 2017 19:57

"WhatsApp"da virus YAYILDI

30 Mart 2017 19:57

"Qəbələ" finalın qapısını açdı - VİDEO

30 Mart 2017 19:57

Bakıda ikimərtəbəli ev YANDI

30 Mart 2017 19:52

Hacı Şahin: "Metro öpüşmək yeri deyil. Bu, günahdır..."

30 Mart 2017 19:50

Çində niqab qadağan edildi

30 Mart 2017 19:48

Nəriman Həsənzadə: "Xumar sözlərimə yeni nəfəs verib..."

30 Mart 2017 19:47

Sevinc Mirzəyevanın bacısı ondan imtina etdi

30 Mart 2017 19:44

5 yaşlı uşağın axtarışı başladı - Azərbaycanda

30 Mart 2017 19:42

Xorvatlar "Qəbələ"ni sevindirdi

30 Mart 2017 19:38

"Büstü düzəldəndə Ronaldunun internetdən tapdığım şəkillərindən istifadə etmişəm"

30 Mart 2017 19:37

Yığmamız Tailanda yollanır

30 Mart 2017 19:37

“Onun pərt olmasını başa düşmək olar” - Roman Qriqorçuk

30 Mart 2017 19:37

Çimərliklərə kanalizasiya suları axıdılmayacaq

30 Mart 2017 19:33

Putin Trampla görüşməyə hazırdır

30 Mart 2017 19:28

Arvadı 72 yaşlı aktyorla boşanır

30 Mart 2017 19:27

Azərbaycan KUBOKU: "Qəbələ" səfərdə "İnter"i məğlub etdi

30 Mart 2017 19:19

Fatimə təmtəraqlı ad günü edəcək - FOTO

30 Mart 2017 19:12

Qəbələdə ər arvadının boğazını kəsdi

30 Mart 2017 19:12

Fahriye və Burak qərarlarını verdilər!

30 Mart 2017 19:12

Zərərçəkən: “Azad olunmağım üçün MTN əməkdaşlarına 30 min dollar verdim”

30 Mart 2017 19:09

“Abay” kitabı təqdim olundu

30 Mart 2017 19:08

Azərbaycanlı qızın erməni KİŞİ İLƏ YENİ GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO/VİDEO

30 Mart 2017 19:03

Bakıda 3 otaqlı ev yanıb

30 Mart 2017 18:59

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

30 Mart 2017 18:57

Nüsrət məşhur seriala çəkildi - FOTO

30 Mart 2017 18:57

Arıqlamaq üçün 500 min dollar xərclədi - FOTO

30 Mart 2017 18:47

Daha bir küçədə hərəkət məhdudlaşdırılır

30 Mart 2017 18:44

Mədəniz ağrıyırsa, bundan yeyin

30 Mart 2017 18:42

Kişiləri bihuş edən gözəlçə milyonçu ərini ziyalı kişiyə DƏYİŞDİ - FOTO

30 Mart 2017 18:38

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək

30 Mart 2017 18:37

Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 İL HƏBS TƏLƏBİ

30 Mart 2017 18:34

Komitə sədri: “Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib”

30 Mart 2017 18:33

İlham Əliyevdən əlillərlə bağlı vacib sərəncam - 2 milyon manat ayrıldı

30 Mart 2017 18:33

Bakıda festival keçiriləcək

30 Mart 2017 18:32