"Ölkəmizi tanıyaq" tur-aksiyasının 6-cı mərhələsində 76 şəhər və rayondan 3120 nəfər iştirak edəcək

"Ölkəmizi tanıyaq" tur-aksiyasının 6-cı mərhələsində 76 şəhər və rayondan 3120 nəfər iştirak edəcək
13:37 10 Noyabr 2016
192 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərində Gənclər Mərkəzinin açılışında gənclərlə görüşündə deyib: "....çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir". Dövlətimizin başçısının bu tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən müddət ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 5 tur-aksiya təşkil olunub. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 7135 nəfər iştirak edib.

Cari il noyabr ayının 12-15-də və 17-20-də həyata keçiriləcək 6-cı mərhələdə isə 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə 3120 nəfər iştirak edəcək. Bununla da "Ölkəmizi tanıyaq" tur-aksiyalarında iştirak edənlərin sayı 10255 nəfər olacaq.

Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.

Aksiya çərçivəsində ölkə gəncləri Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Qəbələ, Şəki, Zaqatala, Quba, Qusar, Xaçmazda qədim tarixi, mədəniyyət abidələri ilə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-Diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirəcək, park və xiyabanları gəzəcək, qoruq və göllərə ekskursiya edəcəklər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.

Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək gənclər Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, "İmamzadə" kompleksi, Cömərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına Mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda "Orta əsr Şəmkir şəhəri", "Abidələr" parkı, Alman kilsəsi, "İstiqlal" parkı və nəfis çörək zavoduna, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl milli parkına ekskursiya edəcəklər.

Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edəcək iştirakçılar Lənkəran rayonunda "Qoşa Qala" qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları ilə, Astara rayonunda şəhər bulvarı, "Yanar Bulaq" və "Astaraçay" çay fabriki ilə, Masallı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, ASAN həyat kompleksi, Viləşçay su anbarı ilə tanış olacaqlar.

Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfər edən iştirakçılar Qəbələ rayonunda Heydər Əliyev adına Konqres Mərkəzi, "Qəbələnd" istirahət mərkəzi, "Beltmann" piano zavodu, "Tufandağ" xizəkçilik kompleksi və Qəbələ konserv zavodu ilə tanış olacaq, Çuxur Qəbələ tarix-mədəniyyət qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiyalar edəcəklər. Tur çərçivəsində qonaqlar Şəki Dövlət tarix-memarlıq qoruğu, Şəki xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə tanış olacaq, sənətkarlar məhəlləsinə ekskursiya edəcəklər. Zaqatala rayonunda Zaqatala tarixi-mədəniyyət qoruğu, Dədə Qorqud Meydanı ilə tanış olacaq, fındıq emalı müəssisəsinə baxış keçirəcəklər.

Quba-Qusar-Xaçmaz istiqamətində səfər edən iştirakçılar Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Quba xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki "Şeyx Cüneyd" türbəsinə və "Şahdağ" qış-yay turizm kompleksinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə, Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya edəcəklər.

Bu tur-aksiya çərçivəsində yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və məzmunlu təşkil etmək üçün "Nə? Harada? Nə zaman?" intellektual oyunları təşkil ediləcək, qaliblərə xatirə hədiyyələri təqdim olunacaq. Tədbir çərçivəsində iştirakçılar tərəfindən xüsusi hazırlanmış yerlərdə 3 mindən çox ağac əkiləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanlı aparıcını bıçaqlayıb, suda boğdular - VİDEO

19 Avqust 2017 11:38

Nazim parkda dostları ilə oturub

19 Avqust 2017 11:36

“Android” mobil əməliyyat sisteminin yeni versiyasının təqdimetmə tarixi bəlli olub

19 Avqust 2017 11:35

DDoS hücumların davametmə müddəti artıb

19 Avqust 2017 11:35

Külli miqdarda siqareti gizli yolla keçirmək istəyərkən tutuldu

19 Avqust 2017 11:33

Tramp baş strateqi qovdu

19 Avqust 2017 11:30

"Bu xəbəri yaymaqla kim nə əldə edir?" - "Faytonçu" Nazimin bacısı

19 Avqust 2017 11:29

Azərbaycan nefti bahalaşıb

19 Avqust 2017 11:27

Pərvin Abıyeva onu pozğun adlandıran xanımlara səsləndi: “Ərinizi əlinizdən almışam?”

19 Avqust 2017 11:23

DİN-dən avtobus sürücüsünə silah çəkən şəxslə bağlı AÇIQLAMA

19 Avqust 2017 11:19

Mark Zukerberq atalıq məzuniyyətinə çıxacağını elan edib

19 Avqust 2017 11:17

Azərbaycan klubunun bütün heyəti istefa verdi

19 Avqust 2017 11:17

Boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır

19 Avqust 2017 11:14

Fətəli xan Xoyskinin qardaşı nəvəsi: "Əli bəy Hüseynzadə üç il evimizdə gizli fəaliyyət göstərib"

19 Avqust 2017 11:12

Toyuğu bişirməzdən əvvəl bunlara DİQQƏT edin!

19 Avqust 2017 11:12

Yer kürəsinə yaxınlaşan asteroidin VİDEOSU

19 Avqust 2017 11:03

Azərbaycan meyvə-tərəvəz ixracını 62% artırıb, idxalını isə 10% azaldıb

19 Avqust 2017 11:02

Tarix açıqlandı: 27 minlik ordu HÜCUMA KEÇİR

19 Avqust 2017 10:58

Azərbaycan güləşçiləri hərbçilərin dünya çempionatında mübarizə aparacaqlar

19 Avqust 2017 10:57

Faytonçu Nazimin yaxın dostu Metbuat.az-a danışdı

19 Avqust 2017 10:54

Tarkanın atasının FOTOSU ilk dəfə mətbuatda yayıldı – İNANILMAZ BƏNZƏRLİK

19 Avqust 2017 10:48

Azərbaycan gömrükçüləri 5 200 ədəd siqaret aşkar edib

19 Avqust 2017 10:47

"Zirə"nin yeni transferi Hindistana qaçdı - FOTO

19 Avqust 2017 10:47

Neft bahalaşdı

19 Avqust 2017 10:43

Uçuqlayan dodaqları sağaldan

19 Avqust 2017 10:43

38 yaşlı kişi özünü asdı

19 Avqust 2017 10:39

Şəmkirdə 34 yaşlı kişi intihar edib

19 Avqust 2017 10:37

Millimizin üzvü Bundesliqa klubuna xal qazandırdı - VİDEO

19 Avqust 2017 10:37

Livan ordusu müharibə ELAN ETDİ

19 Avqust 2017 10:33

Erməni vəkil: “Zabitlərin çoxu Ermənistanı tərk etmək niyyətindədirlər”

19 Avqust 2017 10:32

Faytonçu Nazimin "Facebook"da SON PAYLAŞIMI

19 Avqust 2017 10:30

"Zirə"nin hücumçusu Hindistan klubu ilə müqavilə bağlayıb

19 Avqust 2017 10:27

Nağd bitkoin bir günə 60%-dən çox bahalaşıb

19 Avqust 2017 10:22

Beyləqanda 2 otaqlı ev yanıb

19 Avqust 2017 10:14

Azərbaycanda oğurlanan nadir əşyalar tapıldı

19 Avqust 2017 10:09

Araz Ağalarov: "Sentyabrda Moskvada Müslüm Maqomayevin barelyefi quraşdırılacaq"

19 Avqust 2017 10:07

Məşhur avtoritet Lənkəranskinin qəbri üstündə Azərbaycan dilində DANIŞDI - VİDEO

19 Avqust 2017 10:03

SON DƏQİQƏ: Faytonçu Nazim vəfat etdi?

19 Avqust 2017 10:01

Cəbhədən ƏN SON xəbər

19 Avqust 2017 09:58

Faytonçu Nazim vəfat etdi

19 Avqust 2017 09:53

Ötən il ABŞ-ın bir ştatında polis 157 nəfəri öldürüb

19 Avqust 2017 09:47

Bakıda mənzildə meyit tapılıb

19 Avqust 2017 09:44

Zığ şosesində qəza

19 Avqust 2017 09:36

Atəşkəs 121 dəfə pozuldu

19 Avqust 2017 09:34

Trampın məsləhətçisi istefadan sonra prezidentlə "MÜHARİBƏYƏ GEDƏCƏYİNİ" bildirdi

19 Avqust 2017 09:33

Erməni silahlı bölmələri atəşkəsi 121 dəfə pozub

19 Avqust 2017 09:32

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (19.08.2017)

19 Avqust 2017 09:32

Azərbaycanda antik dövrə aid qəbiristanlıq aşkar edildi

19 Avqust 2017 09:27

Camış qadını xəstəxanalıq etdi - Ağstafada

19 Avqust 2017 09:14

Bakıda qadın naməlum şəxslər tərəfindən döyülüb

19 Avqust 2017 09:12