Amerikalıların əksəriyyəti ölkələrindəki seçki sisteminin dəyişməsini istəyir

Amerikalıların əksəriyyəti ölkələrindəki seçki sisteminin dəyişməsini istəyir
13:37 10 Noyabr 2016
120 Dünya
Ölkə mətbuatı
A- A+

Sputnik.Rəy sorğusunun nəticələrinə görə, amerikalıların əksəriyyəti (60%) ABŞ-ın seçki sisteminin dəyişdirilməsini istəyir. Bununla yanaşı, onların az qala yarısı (45%) "bir adam-bir səs" sisteminə tam keçidin tərəfdarıdır. Sorğu Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə TNS UK şirkəti tərəfindən keçirilib.

"Siz ABŞ-ın hazırkı səsvermə sistemi ilə razısınızmı?" sualına sorğulananların 15%-i, özündə "bir adam-bir səs" sisteminin prinsiplərini birləşdirən yeni səsvermə qaydalarına keçilməsini istədiyini bildirib. ABŞ sakinlərinin yalnız 22%-i səsvermə siteminin dəyişməsinə qarşı olduğunu deyib, 16% respondent "bilmirəm" cavabını verib və 2% öz variantını təklif edib.

ABŞ prezidenti 538 xüsusi seçicidən ibarət Kollegiya tərəfindən seçilir. Hər ştatdan bu xüsusi seçicilərin sayı buradan seçilməli olan senator və Konqresin Nümayəndələr Palatası üzvlərinin cəmi sayına bərabərdir. Kollegiyaya, həmçinin Kolumbiya xüsusi dairəsindən üç üzv daxildir. Qələbə üçün prezidentliyə namizəd 270 xüsusi seçicinin səsini əldə etməlidir. Sorğu Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə TNS UK şirkəti tərəfindən 3-7 noyabr tarixlərində ABŞ-da keçirilib. Sorğuda 18-64 yaşında 1012 respondent iştirak edib.

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və ictimai soğu keçirən qocaman şirkətlərdən biri - Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) - onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR