Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Odlar Yudu Universitetinin rektorundan oğurluq edən şəxslər məhkəmədə ifadə verib

Odlar Yudu Universitetinin rektorundan oğurluq edən şəxslər məhkəmədə ifadə verib

Date: 10 November 2016 13:52

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağlr Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
M.Seyidov və V.Vəliyev ittiham üzrə özlərini təqsirli biliblər. Digər təqsirləndirilənlər özlərini təqsirli bilmədiklərini deyiblər.
S.Ələkbərov Odlar Yurdu Universitetinin binasından oğurluq etdiyini etiraf edib. O, universitetin rektoru Əhməd Vəliyevin məhkəməyə cağırılmasını istəyib: "O, mənim oğurluq etməyimi hardan bildiyini söyləsin. Oğurluğu Vüqar Vəliyevlə planlaşdırdım. O, orada pulun olduğunu bilirdi. Oğurladığımız pulun 20 faizini Vüqar Vəliyevə verəcəyimizə razılaşdıq".
Təqsirləndirilən şəxs qeyd edib ki, seyfdə 120 min manat pul olub.
Digər təqsirləndirilən P.Quliyev istintaqa verdiyi ifadəsini təsdiqləyib. H.Məmmədov isə həmin pullardan ona da çatdığını deyib.
Proses noyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetindən oğurluq ediblər. Həmin şəxslər ümumilikdə 429 min 172 manat dəyərində əmlak ələ keçirməkdə təqsirləndiriliblər. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.


Tags:  Odlar Yudu Universitetinin rektorundan oğurluq edən şəxslər məhkəmədə ifadə verib


RƏYLƏR


Top news