Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ən çox gözlənilən film noyabrın 11-də Park Cinema-da

Ən çox gözlənilən film noyabrın 11-də Park Cinema-da

Date: 10 November 2016 14:12

VII Avropa kino festivalının ən çox gözlənilən filmi - "Sing Street" noyabrın 11-də Park Cinema-da!

Milli.Az xəbər verir ki, noyabrın 11-də saat 20:20-də Park Bulvar ticarət-əyləncə mərkəzində yerləşən Park Cinema kinoteatrında VII Avropa kino festivalının ən çox gözlənilən filmi - irlandiyalı rejissor Con Karninin "Sing Street" nostalji hissi oyadan musiqili dramının nümayişi olacaq. VII Avropa kino festivalı noyabrın 3-də start götürüb və 10 gün davam edəcək. Festival filmlərinin seanslarına giriş pulsuzdur.

Kiçik büdcəyə malik, premyerası 2016-cı ilin yanvar ayında olmuş və prokatda $12 mln-dan bir qədər artıq qazanmış "Sing Street" filmi geniş prokata çıxmadığından azərbaycanlı tamaşaçıların bu filmə tamaşa etmək imkanı olmayıb. Lakin filmin geniş prokata çıxmaması onun yaxşı kino kimi cəlbediciliyini qətiyyən azaltmır.

Filmin süjet xəttinin mərkəzində Dublindən olan Konor adlı yeniyetmə dayanır. Ailəsinin maliyyə problemləri üzündən o, bahalı özəl məktəbdən ödənişsiz, lakin yaxşı reputasiyaya malik dövlət məktəbinə köçürülür. Bu, kilsənin nəzarətində olan olduqca konservativ qaydaları və kobud şagirdləri olan məktəbdir. Konor burada onun üçün yeni olan mühitin kobudluğu və cahilliyi ilə üzləşir. Lakin, necə deyərlər, şər deməsən, xeyr gəlməz - burada o, yeni dostlar tapır və sanki, jurnal səhifələrindən enmiş gözl qızla tanış olur. Qızda yaxşı təəssürat yaratmaq üçün Konor rok qrup toplamağa başlayır. Qısa müddətdən sonra yeniyetmələr Londona yola düşürlər. Londonda onları yeni həyat gözləyir.

Filmdə o dövrün məşhur ifaçılarının çoxlu sayda gözəl mahnısı səslənir. Hadisələr ötən əsrin 80-ci illərində cərəyan edir, o zaman dəbdə The Cure, A-HA, Duran Duran, The Clash qrupları idi və onların ifa etdikləri musiqi İrlandiyanın şimalında alqışlanmırdı. Kino gəncliyə vaxt üsyançı ruhla, yeniyətmə entuziazmı və sonsuz məhəbbətlə doludur. Özü də bu məhəbbət tək qarşı cinsin nümayəndəsinə qarşı deyil, üsyankar rok-n-roll-a olan sevgidir.

VII Avropa kino festivalında Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli flmlər nümayiş olunur. Avropa kino festivalı Azərbaycanda 2010-cu ildən keçirilir. Festivalın keçirilməsində məqsədlərdən biri Azərbaycan və Avropa İttifaqı ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və Avropa dəyərlərinin populyarlaşdırılmasıdır. Festivalın təşkilatçıları Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Park Cinema kinoteatrlar şəbəkəsidir.

Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda kinoteatrlar şəbəkəsinin 5 kinoteatrı vardır. Bu 13 zalı və 2200-dən artıq kürsüsü olan Park Bulvar, Metropark və açıq səma altında fəaliyyət göstərən Amburan yay kinoteatrı, 2015-ci ildə açılmış 4 zallı 600 kürsülü Park Cinema Zaqulba və 6 zallı 1000 yerlik Park Cinema Flame Tower kinoteatrlarıdır.

Ümumilikdə, şəbəkənin 3500 kürsülü 5 meydançası vardır. Park Cinema Flame Tower kinoteatrının zallarından biri İMAX texnologiyası ilə təchiz olunub - bu Zaqafqaziya bölgəsində bu formatlı ilk kinoteatrdır. Şəbəkənin bütün kinoteatrlarında ən qabaqcıl texnologiyalar, kinoproyeksiya sahəsində dünyanın aparıcı brendlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

Milli.Az


Tags:  çox gözlənilən film noyabrın 11-də Park Cinema-da


RƏYLƏR


Top news