DİA-nın “Politoloqlar Klubunun” ilk tədbiri

DİA-nın “Politoloqlar Klubunun” ilk tədbiri
14:18 10 Noyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan qloballaşan dünyada” adlı tədbir keçirilib.

Publika.az Tələbələrin təşəbbüsü ilə fəaliyyətə başlayan “Politoloqlar Klubu”nun ilk qonağı olan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyev və Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov müxtəlif mövzularda gənclərlə fikir mübadiləsi aparıblar.

N.Əliyev öz çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət konsepsiyamız bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir. Azərbaycanın daxili və xarici siyasətindən, qonşu ölkələrlə münasibətindən, ölkəmizin beynəlxalq arenada mövqeyindən danışan R.Musabəyov hazırda dünya geosiyasi məkanında dövlətimizin əhəmiyyətli rol oynadığını vurğulayıb.

Tədbirin gedişində qonaqlar tələbələrin suallarını cavablandırıblar. Yeni yaranan kluba və tələbələrə uğurlar arzu edən qonaqlar onlarla görüşdən məmnunluq duyduqlarını bildiriblər. Tədbir iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR