Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyada hansı əməliyyat sistemi liderdir?

Dünyada hansı əməliyyat sistemi liderdir?

Date: 10 November 2016 14:35

160 milyondan çox unikal istifadəçinin aktivliyini aparan "NetMarketShare" xidmətinin məlumatına əsasən, "Windows 7" əməliyyat sisteminin (ƏS) bazar payı yeni "Windows 10" ilə müqayisədə daha sürətlə artır.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "NetMarketShare" xidmətinin statistikasına əsasən, 2016-cı ilin oktyabrında "Windows 10" sistemi dünyadakı kompüterlərin 22.59%-də qurulub.

"Windows 7" platformasının bazar payı oktyabrda  48.38% təşkil edib. Ən populyar əməliyyat sistemlərinin üçlüyünə ilk dəfə 8,4% göstəriciyə malik "Windows 8.1" sistemi daxil olub. 8.27% göstəriciyə malik "Windows XP" dördüncü yerə düşüb.

Yeni "Windows 10" ƏS-i tədricən öz mövqeyini möhkəmləndirməyə davam edir. "Windows 10" sisteminin dəyəri indi "Home Edition" versiyası üçün 119 dollar, "Pro" modifikasiyası üçün 200 dollar təşkil edir.

"NetMarketShare" xidmətinin 2016-cı ilin oktyabrına olan məlumatına görə, "Windows"un müxtəlif versiyaları dünyadakı masaüstü və noutbukların  91.39%-nə qurulub. "Apple OS X" əməliyyat sistemlərinin bazar payı bir ayda 6.92%-dən 6.43%-dək, "Linux"un payı isə 2.23%-dən 2.18%-dək azalıb.

Emil Hüseynov



Tags:  Dünyada hansı əməliyyat sistemi liderdir


RƏYLƏR


Top news