Anası öldürülən uşaqlara dövlət sahib çıxdı

Anası öldürülən uşaqlara dövlət sahib çıxdı
14:37 10 Noyabr 2016
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəbələdə və Zərdabda ailə məişət zorakılığı zəminində anaları qətlə yetirilən uşaqlara dövlət sahib çıxııb.

Milli.Az bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova azvision.az-a deyib ki, Zərdabda anaları qətlə yetirilən 3 azyaşlı uşaq dövlətin himayəsindədir:

"Həmin uşaqlar sənədləri hazırlanandan sonra Gəncə SOS-a yerləşdiriləcək". 

Komitə rəsmisi əlavə edib ki, Qəbələdə ailə-məişət zorakılığı zəminində baş verən qətl zamanı kimsəsiz qalan uşaqlar dövlət müəssisəsinə yerləşdirilə bilər. 

"Onların dövlətə verilməsini məqsədəuyğun hesab edirik. Bununla bağlı yerli icra hakimiyyətindəki monitorinq qrupuna öz tövsiyəmizi bildirmişik. Ola bilsin ki, ata və ana tərəflə mübahisələr davam edəcək və bundan da uşaqlar əziyyət çəkəcək. Komissiya bununla bağlı yekun qərar verəcək". 

T.İbrahimova bildirib ki, uşaqların dövlət müəssisələrinə verilməsində problemlər yaşanır: "Buna səbəb qız evinin məsələyə müdaxiləsidir. Ailələr arasında konflikt yaşanır. Uşaqlar ata evində normal mühitdə yaşaya bilərlər. Nənə və babanın vəziyyəti yaxşıdır. Qız evi tələb edir ki, uşaqlar ata tərəfdən alınıb, dövlət müəssisəsinə yerləşdirilsin. Onlar uşaqlardan imtina edirlər, ata evində qalmasına da razı deyillər".

Qeyd edək ki, oktyabr ayında Zərdab və Qəbələdə iki qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR