Vyetnam hökuməti Rusiya ilə birgə AES tikintisi layihəsindən imtina edib

Vyetnam hökuməti Rusiya ilə birgə AES tikintisi layihəsindən imtina edib
14:52 10 Noyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Vyetnam hökuməti Rusiyanın “Rosatom” şirkəti ilə birgə ölkədə Atom Elektrik Stansiyasının tikilməsi layihəsindən imtina edib.
“Report” RBK-ya istinadən xəbər verir ki, bu haqda “Vietnam Electricity”nin Direktorlar Şurasının başçısı Zıonq Kuanq Txan bildirib.
O bildirib ki, AES-in tikilməsi haqda qərar qəbul ediləndə neft və təbii qaz indikindən daha baha idi: "İqtisadi inkişafın sürəti elektrik enerjisinə tələbatın azalmasına səbəb olub”.
Məlumata görə, “Rosatom” yaxın 10 ildə Vyetnamda AES tikintisi ilə bağlı 40 sifariş alacağını gözləyirmiş.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/vyetnam-hokumeti-rusiya-ile-birge-aes-tikintisi-layihesinden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR