Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 8 min könüllü cəlb olunacaq

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 8 min könüllü cəlb olunacaq
15:02 10 Noyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Gələn ilin may ayının 12-dən 22-nə kimi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərəcək Könüllülük Proqramına qeydiyyat başlayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova “Report”a bildirib ki, könüllü fəaliyyətinə qoşulmaq istəyənlər mütləq  Oyunların rəsmi internet səhifəsində (http://baku2017.com/volunteers) qeydiyyatdan keçməli, müsahibə və təlimlərdə iştirak etməlidirlər. 
Könüllü olaraq seçiləcək gənclər İslam Həmrəyliyi Oyunlarının keçirilməsində müxtəlif sahələrdə, o cümlədən qonaqların qarşılanması, akkreditasiya, media, idman, texnologiya, nəqliyyat, məkanın idarə olunması, işçi qüvvəsi, milli olimpiya komitələri, təhlükəsizlik və protokol kimi sahələrdə böyük təcrübə əldə edəcəklər.
S.Məmmədova deyib ki, "Bakı-2017" İslam Oyunları Əməliyyat Komitəsi fəal və həvəsli, məsuliyyətli, yardımsevər və xeyirxah, mehriban və gülərüz, ünsiyyət qurmağı bacaran, komandada işləmək bacarığı olan hər kəsi IV İslam Həmrəyliyi oyunlarının bir parçası olamağa dəvət edir: "Könüllü olmaq üçün müraciət etmək istəyən namizədlər http://baku2017.com/volunteers səhifəsində qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesini tamamlamış namizədlər müsahibə mərhələsindən uğurla keçdikdən sonra Əməliyyat Komitəsinin peşəkarları tərəfindən keçirilən bir sıra təlimlərə cəlb olunacaqlar və bununla da onlar könüllülük fəaliyyəti üçün tələb olunan yüksək göstəricilərə yiyələnəcəklər".
Dünya miqyasli idman tədbirinin təşkili və uğurla həyata keçirilməsi üçün 8 min fəal könüllünün cəlb olunması nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/bakida-kecirilecek-iv-i-slam-hemreyliyi-oyunlarina-8-min-konullu-celb-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR