Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Futbolçu qapıçı ilə toqquşdu, yaddaşını itirdi

Futbolçu qapıçı ilə toqquşdu, yaddaşını itirdi

Üç futbolçu Türkiyə millisindən ayrıldı (25 Mart 2017 17:17)
"Sumqayıt" klubu heyətinə yeni qapıçı cəlb edib (09 Mart 2017 17:32)

Tarix: 10 Noyabr 2016 15:05

Hollandiya yığmasının futbolçusu Vinsent Yanssen bədbəxt hadisə ilə üzləşib. 

Milli.Az report-a istinadən xəbər verir ki, Belçika ilə keçirilən yoldaşlıq görüşü zamanı futbolçu ağır xəsarət alıb.

Matçın 26-cı dəqiqəsində rəqib qapıçı Simon Minyole ilə toqquşan hücumçu yerdə hərəkətsiz vəziyyətdə qalıb. Həkimlər futbolçunu meydandan çıxararaq tibbi yardım göstərib.

Hollandiya yığmasının baş məşqçisi Danni Blind "Mirror"a açıqlamasında futbolçunun toqquşma nəticəsində yaddaşını itirdiyini bildirib: "Həkimlər mənə dedi ki, onun sinirləri zədələnib və təxminən 20 dəqiqə yaddaşını itirib. O, hətta meydanda nəyin baş verdiyini də xatırlamayıb. Bu cür məqamlarda ehtiyatlı olmaq lazımdır".

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Milli.Az


Teqlər:  Futbolçu qapıçı toqquşdu yaddaşını itirdi



RƏYLƏR


Top xəbərlər