Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyədə partlayış olub, icra başçısı və daha iki nəfər yaralanıb

Türkiyədə partlayış olub, icra başçısı və daha iki nəfər yaralanıb

Date: 10 November 2016 15:12

Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyənin cənub-şərqində yerləşən Mardin əyalətinin Derik rayonunun icra hakimiyyəti binasında törədilən partlayış nəticəsində icra başçısı da daxil olmaqla 3 nəfər yaralanıb.
“Report” "Haber-7"yə istinadən xəbər verir ki, hadisə terrorçu PKK qruplaşmasının icra hakimiyyəti binasını raketlə atəşə tutması nəticəsində baş verib.
İcra başçısı Məhəmməd Fatih Safitürk Diyarbəkirdəki Dicle Universitetinin xəstəxanasına yerləşdirilib.
İnformasiyaya əsasən, əvvəlki icra başçısı terrorçuluğu dəstəklədiyi üçün işdən azad ediləndən sonra onun yerinə Məhəmməd Fatih Safitürk təyin olnub.


Tags:  Türkiyədə partlayış olub icra başçısı iki nəfər yaralanıb

RƏYLƏR


Top news