Könül: "Bu sevgidən məhrum olmuşam" - FOTO

Könül: "Bu sevgidən məhrum olmuşam" - FOTO
15:17 10 Noyabr 2016
92 Şou
Ölkə mətbuatı
A- A+

Əvvəllər alış-verişə çox pul xərcləyirdim. Ana olandan sonra bu sevgidən məhrum olmuşam.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında aparıcı Könül Muxtarova deyib. 

O, alış-veriş sevgisindən bəhs edib:

"İndi mağazalara gedirəm, qayıdanda baxıram ki, birini özümə, beş torba isə qızım İnciyə almışam. Artıq özümə nəsə almağa qıymıram. Bahalı hədiyyə alacağım, alış-verişə pul xərcləyəcəyim adam İncidir. Bəyəndiyim nəsə varsa, qiymətinin mənim üçün önəmi yoxdur".
 
K.Muxtarova gününün yarıdan çoxunu gözəllik salonunda keçirdiyini söyləyib:

"Salona getmədiyim gün yoxdur. Evdəkilərdən çox salondakı işçiləri görürəm. İşimlə bağlı hər gün saç düzümü, makiyaj etdirirəm".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/488148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR