Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əməkdar artist Amaliya Pənahovaya SƏSLƏNDİ: “Kaş ki…”

Əməkdar artist Amaliya Pənahovaya SƏSLƏNDİ: “Kaş ki…”

Date: 10 November 2016 15:18

Bu gün Bakı Bələdiyyə Teatrının 24 yaşı tamam olur.

Publika.az xəbər verir ki, teatrın aktrisası, Əməkdar artist Hüsniyə Mürvətova ürək sözlərini yazıb.

Aktrisa nisgilini də gizlətməyib: “Bu gün 24 il tamam oldu. Bakı Bələdiyyə Teatrı düz 24 il əvvəl yarandı. Əfsanəvi sənətkarımız Amaliya Pənahova ömür-gün yoldaşı Yusif Muxtarovla birgə teatrımızı yaratdı. Belə gözəl kollektivdə çalışmaq mənə də nəsib oldu. Həyatımın ən maraqlı anlarını o teatrda yaşadım.

Çox gözəl səhnə əsərlərində yer aldım. Kaş ki, binamız olaydı. Bu nisgil hamımızın ürəyində var. Bayramınız mübarək, Amaliya xanım, bayramınız mübarək əziz kollektiv”.

Cəvahir


Tags:  Əməkdar artist Amaliya Pənahovaya SƏSLƏNDİ

RƏYLƏR


Top news