Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Kiyev Moskvanın “diversant” planını açıqladı

Kiyev Moskvanın “diversant” planını açıqladı

Date: 10 November 2016 15:33

Krımda Ukrayna diversantlarının tutulması haqqında informasiya Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı ola bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak deyib.

Onun sözlərinə görə, informasiya Trampda Ukrayna haqqında pis təəssürat yaratmaq üçün dövriyyəyə buraxıla bilər.

Tramp seçkiqabağı çıxışların gedişatında dəfələrlə bildirib ki, seçiləcəyi halda Krımın Rusiyanın tərkib hissəsi kimi tanınması məsələsinə baxacaq.

Qeyd edək ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti Sevastopolda Krımın hərbi obyektlərinə hücumlar hazırlayan Ukrayna Müdafiə Nazirliyinin diversiya-terror qrupunun saxlanıldığını açıqlayıb. Məlumata görə, qrup üzvlərindən böyük miqdarda partlayıcı qurğular, silah və döyüş sursatları, xüsusi rabitə vasitələri, həmçinin hücum edilməsi planlaşdırılan obyektlərin xəritələri götürülüb.

Ömər Dağlı


Tags:  Kiyev Moskvanın diversant planını açıqladı

RƏYLƏR


Top news