Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Super Liqasının ilk oyununda “Telekom” komandası qələbə qazanıb

Azərbaycan Super Liqasının ilk oyununda “Telekom” komandası qələbə qazanıb

Date: 10 November 2016 15:35

Noyabrın 8-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının rəsmi açılış mərasimi keçirilib. 2016/2017 Azərbaycan Super Liqasının ilk oyununda “Telekom” komandası “Azeryol” komandası ilə qarşılaşıb. Oyunun ilk seti “Telekom”un üstünluyü ilə keçsə də, setin sonlarında edilmış səhvlər üzündən oyun 23:25 hesabı ilə “Azəryol”un xeyrinə bitib. “Telekom” ikinçı setdə  yenidən toparlanaraq, 25:19 hesabı ilə, oyunun üçüncü setində isə  25:15 hesabı ilə qələbə qazanıb.

Gərgin mübarizə şəraitində keçən dördüncü set 26:24 (23:25, 25:19, 25:15, 26:24) bitərək, “Telekom” komandasına “Azeryol” üzərində 3:1 hesabı ilə qələbə qazandırıb.

“Telekom”un bu oyunda ən məhsuldar oyunçuları kapitan Yelizaveta Səmədova (20 xal), Jovana Vesoviç (18 xal) və Marqarita Əzizova (15 xal) olublar.

Turun digər qarşılaşmasında “Azərreyl” – “Lokomotiv” üzərində 3:0 (25:14, 25:10, 25:8) hesabı ilə qalib gəlib.



Tags:  Azərbaycan Super Liqasının ilk oyununda Telekom komandası qələbə qazanıb



RƏYLƏR


Top news