Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Emin Trampla əlaqələrindən danışdı: "Hər dəfə ABŞ-a gedəndə..."

Emin Trampla əlaqələrindən danışdı:  "Hər dəfə ABŞ-a gedəndə..."

Date: 10 November 2016 15:46

Müğənni-bəstəkar Emin ABŞ-ın yeni dövlət başçısı Donalt Trampla bağlı müsahibə verib.

Axşam.az-ın məlumatına görə, ifaçı "life.ru" saytına açıqlamasında onunla dostluq əlaqələrindən danışıb.

Emin bildirib ki, hər dəfə ABŞ-a gedəndə, Trampın ofisinə yollanır, onunla maraqlı müzakirələr edir:

“Onu "dost” adlandırmaq düz çıxmaz. Bizim münasibətlərimiz “Kainat gözəli” yarışmasında başladı. Ortaq bir iş etdik. Amerikaya gedəndə onun ofisinə də baş çəkirəm. Biz çox mehriban ünsiyyətdə oluruq.

Onun gözəl xüsusiyyətləri var: əl atdığı işi sona kimi çatdırır. Trampın böyük layihələri var. Nyu-Yorkda gəzəndə hər addımda onla bağlı bina, otel, plaza ilə rastlaşırıq. Onların hamısı da gözəl görünüşlü binalardır. Onu efirdə necə görürüksə, həyatda da elədir. Eyni zamanda yumor hissi yüksəkdir”.

Emin “Deyirlər, Donald prezident olmağa layiq deyildi” sözlərinə belə cavab verib:

“Bununla razılaşmıram. Həyatında nələrisə etməyə qadir və idarəçilik qabiliyyəti olan biri prezident olmalıdır. Tramp böyük biznes imperiyası qurub”.

İfaçı Donaldın haqqında deyilən “arvadbaz” sözlərinə də münasibət bildirib:

“Bu belə deyil. Bu sözlər jurnalistlərin uydurmasıdır. O, gözəl xanımları sevir. Onun gözəl həyat yoldaşı var. O, Amerikanın tarixində ən gözəl birinci xanım olacaq”.


Tags:  Emin Trampla əlaqələrindən danışdı Hər dəfə ABŞ-a gedəndə

RƏYLƏR


Top news