Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sarkisyan 2 rayonu qaytarmağa razılaşmışdı, silahlılar qoymadı..."

"Sarkisyan 2 rayonu qaytarmağa razılaşmışdı, silahlılar qoymadı..."

Date: 10 November 2016 15:47

Rusiya prezidenti Vladimir Putin bu ilin iyun ayında Sankt-Peterburqda  AzərbaycanErmənistan prezidentlərinə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun qaytarılmasını, əvəzində kommunikasiyaların açılmasını nəzərdə tutan "olduqca konstruktiv" təklif vermişdi. 

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin keçmiş köməkçisi, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza tert.am erməni saytına müsahibəsində danışıb. "Mən ehtimal edirəm ki, təklif Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını da nəzərdə tuturdu, hərçənd təklifin bu hissəsi barədə məlumatı rəsmi kanallardan almamışam. Ancaq bu, əlavə danışıqlar predmeti olacaq məsələ idi", - keçmiş diplomat deyib.

Brayzanın sözlərinə görə, Putinin Sankt-Peterburqda irəli sürdüyü təklif tərəflər üçün tamamilə cəlbedici idi, çünki orada danışıqların uzunmüddətli dalan vəziyyətindən çıxarılmasının yolu göstərilirdi.

"Mən Bakıda apardığım müzakirələr zamanı öyrəndim ki, Azərbaycan rəhbəliyi bu təkliflərə real ümidlər bəsləyir. İnanıram ki, Sarkisyan da Putinin təklifinə dəstəyini ifadə etmişdi. Və Ermənistanda iyul hadisələri də elə buna görə başladı, ərazilərin qaytarılmasına qarşı olan silahlı qrup polis idarəsini ələ keçirdi. Azərbaycanda da bu cür kompromislərə qarşı olan radikallar var. Ona görə də Sarkisyan və Əliyev Putinin təklifini dəstəkləyərək böyük cəsarət nümayiş etdirmişdilər", - Metyu Brayza deyib.

Xatırladaq ki, amerikalı keçmiş diplomat bir neçə ay əvvəl Putinin 2 rayonun qaytarılması, əvəzində kommunikasiyaların açılması barədə təklifi haqda danışıb, ancaq prezidentlərin bu təklifi dəstəklədiyi barədə nəsə deməyib. Brayza demişdi ki, o, məlumatı danışıqlara yaxın diplomatik mənbədən alıb. Tərəflər məsələni şərh etməyiblər.

Milli.Az


Tags:  Sarkisyan rayonu qaytarmağa razılaşmışdı silahlılar qoymadı

RƏYLƏR


Top news