Nizami Kino Mərkəzində "Frankenşteyn" nümayiş olunacaq

Nizami Kino Mərkəzində "Frankenşteyn" nümayiş olunacaq
15:47 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabrın 16-da və 21-də Nizami Kino Mərkəzi British Council Azərbaycan, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, Cool Connections şirkəti ilə birgə TheatreHD layihəsi çərçivəsində şəhər sakinlərinə Benedikt Kamberbetçin rol aldığı "Frankenşteyn" tamaşasını rus dilində alt yazılarla təqdim edəcək.

Britaniya Milli teatrınınn quruluş verdiyi "Frankenşteyn" tamaşasının rejissoru Denni Boyldur. Tamaşa Nik Diranın Meri Şellinin romanı üzrə yazdığı pyesin əsasında hazırlanıb. Yaş həddi: 16+

Səhnə əsəri doktor Viktor Frankenşteynin ölən insanların parçalarından yaratdığı varlığdan bəhs edir. Varlığın çox çirkin olduğuna görə doktor onu taleyin ixtiyarına buraxır. Həyatdan etibar və sevgi gözləyən tənha, uşaq kimi sadəlöhf və qorxunc varlıq hər dəfə hiddət, nifrət və qəzəblə qarşılaşır. Son həddə çatan varlıq, onu yaradan adamı tapıb intiqam alacağını qərara alır.

Tamaşa iki varıantda nümayiş olunur. Doktoru və varlığı canlandıran aktyorlar Benedikt Kamberbetç və Coni Li Miller hər iki obrazda səhnəyə çıxırlar.

Baş rolları Benedikt Kamberbetç, Li Miller, Ella Smit, Con Killoran, Stiven Elliot, Karl Conson, Deniel Millar, Lizzi Uinkler və başqa aktyorlar ifa edir.

Qeyd edək ki, bu layihənin Azərbaycanda ilk dəfə həyata keçirildiyini və böyük marağa səbəb oldugunu nəzərə alaraq tamaşaçılara mütəmadi olaraq yeni tamaşalar təqdim olunur. Layihənin misiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.

Nümayiş olunan tamaşalar Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazanmış tamaşalardır. Yüksək keyfiyyətli çəkiliş, tamaşaçıda teatr zalında izləmə təəsüratı yaradır.

Tamaşa haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/488166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR