"Mançester Yunayted"in eks müdafiəçisi Rio Ferdinand Ronaldonun yeni "Nike" butslarının təqdimatında iştirak edib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ferdinand 2003-cü ildə Ronaldonu "Sportinq"də gördüyü hazırlıq matçını xatırlayıb.
"Həmin vaxt mən dincəlirdim. Ehtiyat oyunçular skamyasından bizim müdafiəçiləri nə vəziyyətə qoyduğuna baxırdım. Fasilədə Con O`Şidən nə baş verdiyini soruşdum. Mənə dedi: "Meydana çıx və ona qarşı özün oyna". Vəziyyəti tam alnadım. Aleks Ferqyussona dedim ki, Ronaldonu ələ keçirmək lazımdır. O zamanlar Ronaldinyonu transfer edə bilməmişdik, əhvalımız pozulmuşdu. Amma Ronaldonu görəndə düşündük ki, bu futbolçu Ronaldinyonu geridə qoyacaq".
Milli.Az