Öldüyü hesab etdiyi arvadını iki il sonra televiziyada görüb ŞOK OLDU

Öldüyü hesab etdiyi arvadını iki il sonra televiziyada görüb ŞOK OLDU
16:17 10 Noyabr 2016
272 Dünya
Ölkə mətbuatı
A- A+

Arvadının yol qəzası nəticəsində öldüyünü düşünən adam iki il sonra televiziya proqramında onun yaşadığını öyrənincə şok keçirib.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Fasın Benı Mellal-khenifra bölgəsinin Azilal qəsəbəsində yaşayan Abragh Məhəmməd adlı adam yol qəzası keçirən arvadını Kasablankada bir xəstəxanaya aparıb. Kədərli ərə arvadının vəziyyətinin ağır olduğunu söyləyən həkimlər müalicəyə davam edəcəklərini, lakin çox ümidli olmaması lazım olduğunu söyləyiblər. Həkimlər həmçinin müalicə xərclərini ödəməsi üçün ona faktura da veriblər. Abragh Məhəmməd müalicə ödənişini qarşılamaq üçün xəstəxanadan 4 saat yol məsafəsində olan Azilalə dönüb. Müalicə fakturasının pulu ilə xəstəxanaya dönən Məhəmmədə həkimlər arvadının öldüyünü söyləyiblər.

Arvadının kəfənə bükülmüş və tabuta qoyulmuş cənazəsini alaraq Azilalə dönən ər burada yoldaşını dəfn edib. Cənazə mərasimindən iki il sonra "İtənlər" adlı məşhur televiziya proqramına öldüyü düşünülən qadın canlı telefon bağlantısı ilə qatılıb. Telefondakı qadın əri ilə əlaqəni itirdiyini bildirib, adını və daha əvvəl yaşadıqları ünvan məlumatlarını açıqlayıb.

Yayımlanan proqramı izləməyən dul ərə qohumları və yoldaşları şokedici xəbəri veriblər. İspan mətbuatına danışan Məhəmməd "Basdırdığımız cənazənin başqasına aid olduğunu bilmirdim. Arvadımın həyatda olduğunu da bilmirdim" sözləriylə yaşadığı qarışıqlığı ifadə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR