Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2017-ci ildə bolluq olacaq

2017-ci ildə bolluq olacaq

Date: 10 November 2016 16:18

Beynəlxalq Enerji Agentliyi bu gün açıqladığı aylıq hesabatında oktyabr ayında qlobal təklifin gündəlik 800,000 barel artımla 97.8 milyon barelə yüksəldiyini bildirib. Qeyd olunur ki, OPEC-in istehsalını artırmasının arxasında Rusiya, Braziliya, Kanada və Qazaxıstan kimi ölkələrin istehsallarını artırması dayanır.

Publika.az xəbər verir ki, Agentlik 2016-cı il üzrə tələb artımı proqnozunu gündəlik 1.2 milyon bareldə saxlayıb.

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) noyabr ayının sonunda toplanaraq neft istehsalının gündə 32.5 ilə 33 milyon barel səviyyəsinə endirilməsi təklifini müzakirə edəcək. Ancaq üzvlər arasında istehsal səviyyələri mövzusunda fikir ayrılıqları var. Bu hasilatın ciddi şəkildə azaldılacağı ehtimalını şübhə altına qoyur.

Hesabatda o da qeyd edilir ki, 2017-ci ildə bazarda neft bolluğu yaranacaq.

İqtisadiyyat şöbəsi


Tags:  2017-ci ildə bolluq olacaq

RƏYLƏR


Top news