Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da "rus mafiyası"nın 8 üzvü saxlanıldı

ABŞ-da "rus mafiyası"nın 8 üzvü saxlanıldı

Date: 10 November 2016 16:27

Amerikanın Narkotiklərlə Mübarizə üzrə İdarəsinin əməkdaşları Nyu-Yorkda "rus mafiyası"nın üzvü olan cinayətkar qruplaşmanın 8 üzvünü yaxalayıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, onlar Rusiyada və keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.
 
Quldurların hamısına bir neçə maddə: narkotik alveri, reketlik, qumar oyunlarının qanunsuz təşkilatçılığı üzrə ittiham elan olunub.
 
Cinayətkarla öz fəaliyyətlərini sakinlərinin çoxu keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olan Koni-Aylend və Brayton-Biç rayonlarında aparıblar.
 
Dəstə üzvləri həm də ABŞ-dan kənarda yaşayan adamlardan yaxınlarını fiziki cəhətdən məhv etməklə hədələyərək pul da alıblar.

Milli.Az


Tags:  ABŞ-da rus mafiyasının üzvü saxlanıldı

RƏYLƏR


Top news