Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tramp: "Hayatımda gördüyüm ən gözəl qadın..." - FOTO

Tramp: "Hayatımda gördüyüm ən gözəl qadın..." - FOTO

Date: 10 November 2016 16:32

ABŞ-ın yeni prezidenti Donald Tramp dünyaca məşhur serb tenisçi Ana İvanoviçə olan xüsusi simpatiyası ilə tanınır.

Milli.Az sözcü-yə istinadən bildirir ki, Tramp 29 yaşlı raketka ustasının dünyanın ən gözəl qadını olduğu fikrindədir.

ABŞ-ın 45-ci prezidenti, 3 il əvvəl Serbiyaya etdiyi səfəri zamanı o vaxt baş nazir vəzifəsində çalışan İvana Dacic ilə görüşü zamanı Ana İvanoviç haqqında "Həyatımda gördüyüm ən gözəl qadın. Qətiliklə ən gözəl" kimi ifadələri ilə diqqət çəkmişdi.

İngiltərə Premier Liqasında "Mançester Yunayted"də top qovan Bastian Şvainsteingerin həyat yoldaşı olan İvanoviç 2014-cü ildə Trampla görüşərək kameralar önünə də keçiblər.

Xatırladaq ki, 32 yaşlı futbolçu Ana İvanoviç ilə bu ilin yazında ailə həyatı qurub.

Serbiyanın keçmiş baş naziri Dacic Trampla görüşləri haqda danışarkən "15 dəqiqə dayanmadan Ana İvanoviç haqqında danışdı. Onun ən gözəl tennisçi və dünyanın ən gözəl qadını olduğu haqqında çox sözlər dedi" ifadələrini işlədib.

Təhməz Təkin
Milli.Az




Tags:  Tramp Hayatımda gördüyüm gözəl qadın FOTO

RƏYLƏR


Top news