Tanınmış ərəb müğənnisi Bakıda - fotolar

Tanınmış ərəb müğənnisi Bakıda -  fotolar
16:41 10 Noyabr 2016
82 Şou
Ölkə mətbuatı
A- A+

Küveytli müğənni Mutref Al Mutref Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, ifaçının səfərinin məqsədi Azərbaycan mahnılarını milli musiqi alətlərimizin müşayiətində ifa etməkdir. 

Mutrefin Bakı səfərindən danışan əməkdar artist Səlim Abbasov onunla işbirliyi qurduğunu deyib. Skripka ifaçısı bildirib ki, ərəb müğənni ilə duet hazırlayacaq:

“Mutrefin özü ud ifa edir. İndiki səfərində onun istədiyi Azərbaycan mahnılarını hazırlayacağıq. Bizim musiqimizi ərəb dünyasında tanıtmaq istəyir. Onu skripkada mən, tarda Humay Qədimova, nəfəs musiqi alətlərində Aydın Yahyayev, nağarada Xəyal Abbasov, pianoda isə Anar Abbasov müşayiət edir. Növbəti səfərində Al Mutreflə duetlər hazırlayacağam. Həm skripka ilə udun dueti olacaq, həm də birlikdə mahnı oxuyacağıq”.








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60866

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR