Azərbaycanın futbol millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib

Azərbaycanın futbol millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib
16:42 10 Noyabr 2016
151 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan futbol yığması ilə qarşılaşacaq Şimali İrlandiya komandasının heyətində dəyişiklik edilib.
"Report" Şimali İrlandiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Lyam Boys və yarımmüdafiəçi Maykl Duffi heyətə cəlb edilib.
Baş məşqçi Maykl Onil hər iki futbolçunu Azərbaycan və Xorvatiya ilə oyun üçün sifariş edib. Daha öncə heyətə cəlb olunan Ceymi Uord isə zədəlidir.
Qeyd edək ki, sabah keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/simali-i-rlandiya-yigmasinin-heyetinde-deyisiklik-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR