Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı biznesmen Moldovanın ali dövlət mükafatına layiq görüldü - FOTO

Azərbaycanlı biznesmen Moldovanın ali dövlət mükafatına layiq görüldü - FOTO

Date: 10 November 2016 16:42

Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Moldova Azərbaycanlıları Konqresinin sədri, iş adamı, xeyriyyəçi Vüqar Novruzov bu ölkənin ali dövlət mükafatına layiq görülüb. Vüqar Novruzov Moldovanın ali dövlət mükafatı - Respublika Ordeni ilə təltif olunub. Noyabrın 11-də Moldova Respublikasının Dövlət İqamətgahında mükafatn təqdimat mərasimi keçiriləcək.

Respublika Ordeni Moldovada vətənin və cəmiyyətin inkişafına naminə bütün sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.

Qeyd edək ki, Vüqar Novruzov 1962-ci ildə Azərbaycan Respublikasının Laçın rayonuda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayan V.Novruzov Moldova Dövlət Universitetinin hüquq fakultəsinin məzunu, hüquq elmləri doktorudur. O, 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olur, hazırda "Azmol Kompany" şirkətinin baş direktorudur.

V. Novruzov 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədridir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Vüqar Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə də təltif olunub.

İlkin İzzət
Milli.Az




Tags:  Azərbaycanlı biznesmen Moldovanın ali dövlət mükafatına layiq görüldü FOTO

RƏYLƏR


Top news