Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Binəqədidə uçqun: Yaşayış evləri TƏHLÜKƏDƏ

Binəqədidə uçqun: Yaşayış evləri TƏHLÜKƏDƏ

Tarix: 10 Noyabr 2016 16:47

Bakıda uçqun baş verib.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun APA-ya verdiyi məlumata görə, uçqun prosesi Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 34 ünvanında qeydə alınıb.

Onun sözlərinə görə, yaxınlıqdakı fərdi yaşayış evindən 2 metr aralıda, təxminən 7-8 metr məsafədə kəsilmiş maili yamacda uçqun olub.
 
"Uçqunun baş vermə səbəbi atmosfer yağıntılarıdır. Uçqunun hündürlüyü 3,5 - 4 metrdir", - deyə R.Həsənov qeyd edib. 

Milli.Az


Teqlər:  Binəqədidə uçqun Yaşayış evləri TƏHLÜKƏDƏ



RƏYLƏR


Top xəbərlər