8.6 milyon avroluq kitab - FOTOLAR

8.6 milyon avroluq kitab - FOTOLAR
16:48 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Birds of America” adlı kitab 1827-1838-ci illərdə Con Ceyms Odyübon tərəfindən yaradılıb.

Publika.az xəbər verir ki, “Amerikanın Quşları” kimi tərcümə olunan bu kitab sulu boya ilə çəkilmiş 1000 litoqrafiyalı dörd cildlik əsərdir. Kitabda natural ölçüdə 500 quş növü təsvir olunub. Əvvəlcədən 170 nüsxəsi nəşr olunsa da, günümüzə 120 nüsxəsi gəlib çıxıb.

Naturalist, ornitoloq, və rəssam-animalist Con Ceyms Odyübon 1785-ci ildə Haiti adasında doğulub. O, 1803-cü ildə ABŞ-a köçür. Müəllif “Birds of America” kitabını 12 ilə bitirir. Con Ceyms Odyübon quşların dəqiq şəklini çəkmək üçün bütün Amerikanı dolanır.

“Sotheby’s” hərracında XIX əsrin naturalistin kitabı “Birds of America” rekord qiymətə, 8,6 milyon avroya satılır. Beləliklə “Birds of America” hərracda satılan ən bahalı kitab kimi dünya rekordunu qırır.

Mələk



























Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/175440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR