Binəqədidə uçqun olub

Binəqədidə uçqun olub
16:49 10 Noyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda uçqun baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun APA-ya verdiyi məlumata görə, uçqun prosesi Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 34 ünvanında qeydə alınıb.

 

Onun sözlərinə görə, yaxınlıqdakı fərdi yaşayış evindən 2 metr aralıda, təxminən 7-8 metr məsafədə kəsilmiş maili yamacda uçqun olub.

 

“Uçqunun baş vermə səbəbi atmosfer yağıntılarıdır. Uçqunun hündürlüyü 3,5 - 4 metrdir” – deyə R. Həsənov qeyd edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR