"Ankara Suriyanın şimalında məqsədinə çatıb"

"Ankara Suriyanın şimalında məqsədinə çatıb"
16:52 10 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Milli.Az Türkiyənin NTV telekanalının siyasət və diplomatiya məsələləri üzrə aparıcısı və təhlilçisi Mete Çubukçunun APA-ya müsahibəsini təqdim edir:

- Siz prosesləri yerində izləyən  jurnalist-təhlilçisiniz. İŞİD-in Mosuldan çıxarılması əməliyyatına paralel olaraq Rakkada əməliyyata başlanmasını necə dəyərləndirirsiniz? Suriya Demokratik Qüvvələri ilə keçirilən əməliyyatların o biri cihadçı qrupların Hələbdən qovulmasıyla eyni vaxta təsadüf etməsi nəyin təzahürüdür? Suriya və İraq terrorçulardan təmizlənirmi?
 
- ABŞ-ın Rakkanı bombalaması gözlənilirdi, daha çox ABŞ-dakı seçkilərlə bağlı idi. Əməliyyatın Suriya Demokratik Qüvvələri ilə birlikdə həyata keçirilməsi isə ABŞ-ın bölgədə PYD/YPG ilə əməkdaşlığa davam etdiyini göstərir. Daha əvvəl ABŞ Suriyanın şimalında kürdlərlə əməkdaşlıq edirdi, onun sayəsində PYD/YPG qüvvələri Türkiyə ilə sərhəd bölgəsində xeyli irəliləmişdilər. Ancaq Türkiyə müdaxilə etmək məcburiyyətində qaldı və YPG qüvvələrini böyük ölçüdə bölgədən kənarlaşdırmağa müvəffəq oldu. Suriya Demokratik Qüvvələri adlı strukturun əsas hissəsi YPG-dən ibarət olduğuna görə, indi Türkiyə YPG-nin Rakkaya da girməsini istəmir, çünki o durumda Rakkanın demoqrafik strukturu da dəyişəcək. Bu əməliyyatların "Nusra" cihadçılarının Hələbdən sıxışdırılmasına paralel şəkildə həyata keçirilməsi də təsadüfi deyil; çünki   Mosuldan çıxarılandan sonra İŞİD terrorçularının üz tutacaqları yerin Suriyada  paytaxt saydıqları Rakka olaca. ABŞ həm də bunun qabağını almağa çalışır. Daha əvvəldən ABŞ-lA bəzi danışıqlar aparılmasına baxmayaraq, Türkiyə Rakka əməliyyatlarında yer almadı, əvəzində Suriyanın şimalındakı kürd qüvvələrinin oradan uzaqlaşdırılmasına nail oldu ki, Ankaranın hal-hazırda bölgədə istədiyi əsas məsələ də bu idi. Hazırda kürd qüvvələrini öz sərhədindən uzaqlaşdıra bilmiş Türkiyənin cəhdləri uğurlu sayıla bilər. Ancaq daha aşağılara enərək Suriyanın dərinliklərində əməliyyatlarda iştirak etməsi əvvəl çətin olduğu kimi, indiki şəraitdə də imkansız  görünür.
 
- Hazırda sərhədin o tərəfində olan Türkiyə bəzi bölgələri nəzarətdə saxlamaqla kifayətlənəcəkmi?
 
- Sərhədin o tərəfində Türkiyə öz hədəfinə çatdı - "kürd dəhlizi" deyilən yolun açılmasına mane oldu. Hazırda 90 kilometrlik xəttin Türkiyənin nəzarətində olduğunu deyə bilərik. 20-25 kilometr dərində olan məsafəyə də nəzarət etmə imkanı var. Türkiyə aşağıda Əl-Baba qədər enmək istəyir, bununla bağlı durum gələcəkdə dəqiqləşəcək. Kürdlərin Kobane-Afrin arasındakı bölgədən çəkilərək ABŞ ilə birlikdə Rakkaya qarşı əməliyyatlarda iştirak etmələrinə Türkiyə müdaxilə edə bilmir ,ancaq bunu əngəlləmək üçün ABŞ-la hərbi və diplomatik səviyyədə danışıqları fasiləsiz şəkildə aparır. Orada hər şeyi sadəcə ABŞ-ın müəyyənləşdirdiyini deyə bilmərik, Rusiya hərbi hava qüvvələrinin dəstəyi ilə Suriya dövlət ordusunun əməliyyatlarını nəzərdən qaçırmaq olmaz. Bölgədə daha geniş manevr imkanları əldə edə bilməsi üçün Türkiyənin Rusiya ilə anlaşması da əsas şərtlərdən biridir. Şimaldakı əməliyyatlarda Rusiyanın öz raket sistemlərini passivləşdirməsinin rolunu danmaq mümkün deyil.
 
- Bəs Rusiyanın orada qalmaq üçün maddi imkanları nə dərəcədə kifayət edəcək?
 
- Məncə, Suriyada istədiyi qədər qalması üçün Rusiyanın heç bir maddi sıxıntısı olmayacaq. Aralıq dənizində ikinci hərbi dəniz bazasının açılması və Hmeymemdəki bazanın öz vəzifəsini axsamadan yerinə yetirməsi bunu göstərir. Rusiya ilə münasibətlərin yenidən yaxşılaşması Türkiyəyə orada yeni manevr imkanları yaradır və prezident Putinin də buna soyuq baxmadığını görürük. İndi Türkiyə orada ABŞ ilə daha çox anlaşılmazlıq yaşayır. Məncə, Suriyada Türkiyənin ABŞ-la olan münasibətləri Rusiya ilə olan münasibətlərindən daha gərgindir ki, bunun da əsas səbəbini ABŞ-ın kürdlərlə olan əməkdaşlığa son qoymaması təşkil edir.
 
- Suriyanın şimalında cərəyan edən proseslərdə Türkiyənin böyük ölçüdə öz məqsədinə çatdığını dediniz. Bəs Mosulda? Oranın İŞİD-dən azad edilməsi prosesində də Türkiyənin kənarda qoyulduğu iddia edilir.
 
- Mövcud vəziyyətə baxanda Türkiyənin İraqda da öz hədəflərinə çatdığını görə bilirik. İŞİD-in Mosuldan çıxarılması üçün hazırlanan əməliyyatlarda Türkiyə şiə qüvvələrinin Mosula girməsini istəmirdi. Necə ki Mosulun İŞİD-dən indiyə qədər azad edilən bölgələrinə İraq ordusunun əsgərləri girdilər. Digər tərəfdən, Türkiyə PKK terror təşkilatının Sancar bölgəsinə yaxınlaşmamasını istəyirdi ki, buna da nail oldu. Türkiyənin Başikadakı hərbi təlim düşərgəsinin önəmli rolu olduğunu gördük. Məncə, Türkiyə indiyə qədər İraqda da qarşıya qoyduğu məqsədlərə nail olub. Mosulun İŞİD-dən tamamilə təmizlənməsindən sonra proseslər Suriyada cəmləşəcək ki, cənub sərhədlərini önəmli dərəcədə təmizləyən Türkiyənin o proseslərdə daha fəal şəkildə iştirak edəcəyinə ehtimal verə bilərik.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Norveçdə yeniyetmə qız ticarət mərkəzində adam vurdu

27 İyul 2017 08:52

Yeni bilərzik yuxulamanın qarşısını alacaq

27 İyul 2017 08:52

ABŞ-da təyyarə qəzaya uğrayıb: 4 ölü

27 İyul 2017 08:47

Facebook istifadəçilərinin sayı 2 milyardı ötüb

27 İyul 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

27 İyul 2017 08:47

Rusiya ilk pilotsuz təyyarəsini təqdim etdi

27 İyul 2017 08:47

Rakkada vəziyyət pisləşdi

27 İyul 2017 08:43

Rihanna Makron ilə təhsil məsələlərini müzakirə edib

27 İyul 2017 08:42

Zabratda dava edənləri ayırmaq istəyən şəxs bıçaqlanıb

27 İyul 2017 08:42

Wi-Fi emosiyaları müəyyənləşdirəcək

27 İyul 2017 08:42

Yasamalda dava: yaralı var

27 İyul 2017 08:37

Venesuelada etiraz aksiyaları: ölənlərin sayı 100-ü ötüb

27 İyul 2017 08:37

Fahit Terim getdi, Arda Turan milliyə dönür?

27 İyul 2017 08:37

"Samsung" simsiz qulaqcıqlarını təqdim edəcək

27 İyul 2017 08:37

Misirdə yeni Milli Şura yaradılıb

27 İyul 2017 08:32

Firefox brauzeri yeniləndi

27 İyul 2017 08:32

Astarada müəllim velosipedlə kəndləri gəzərək kitab payladı - VİDEO

27 İyul 2017 08:28

Malidə helikopter qəzası: ekipaj həlak oldu - YENİLƏNİB

27 İyul 2017 08:27

Hokinq: "Yaxın 30 ildə Aya köçmək lazımdır"

27 İyul 2017 08:27

Bakıda yolu keçmək istəyəni avtomobil vurub

27 İyul 2017 08:27

Abşeronda 3 sərnişin vaqonu yanıb

27 İyul 2017 08:22

Azərbaycanda 45 yaşdan sonra evlənənlərin S TATİSTİKASI

27 İyul 2017 08:22

5G şəbəkəsi inkişaf etdiriləcək

27 İyul 2017 08:22

Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularla dalaşdı - FOTO

27 İyul 2017 08:22

Attraksionda qəza: 1 ölü, 7 yaralı

27 İyul 2017 08:18

Hacıqabulda 4 otaqlı ev yanıb

27 İyul 2017 08:17

Goranboyda 3 nəfərin yaralanması ilə nəticələnən qəza - FOTO - YENİLƏNİB

27 İyul 2017 08:17

Yeni hücum tipi yayılıb

27 İyul 2017 08:17

Rusiyada 4 işçi kanalizasiyada öldü

27 İyul 2017 08:12

YouTube-da qəfil yenilik var

27 İyul 2017 08:12

"Yuventus" Beynəlxalq Çempionlar Kubokunda PSJ-ni məğlub edib

27 İyul 2017 08:07

Süni intellektin imkanları şişirdilir

27 İyul 2017 08:05

Tramp əmək haqqını təhsil nazirliyinə verib

27 İyul 2017 08:05

Paint hələ "ölməyib"

27 İyul 2017 08:05

Avropa Liqası: “Qəbələ”nin “Panatinaikos” sınağı

27 İyul 2017 08:03

Google Play-də 400 əlavə yeni virusa yoluxub

27 İyul 2017 07:52

Çempionlar Liqasında gecənin nəticələri - YENİLƏNİB

27 İyul 2017 07:42

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək

27 İyul 2017 07:42

“Qəbələ” “Panatinaikos”la üz-üzə - YENİLƏNİR

27 İyul 2017 07:42

Robot texnikası bazarı böyüyəcək

27 İyul 2017 07:42

Şəbəkə yemək resepti verəcək

27 İyul 2017 07:37

Kralın doğum gününə 1066 tısbağa hədiyyə edildi

27 İyul 2017 07:33

Payız üçün kolleksiya - FOTO

27 İyul 2017 07:32

Avropa Liqası: “Qəbələ” növbəti oyununa çıxır

27 İyul 2017 07:29

Bu gün "Qəbələ" "Panatinaikos"la qarşılaşacaq

27 İyul 2017 07:22

Elastik “Lenovo” planşeti göstərildi - VİDEO

27 İyul 2017 07:22

Kosmik hotel layihəsi təqdim olunub

27 İyul 2017 07:12

Yanğınla bağlı təxliyə edilən abituriyentlər bu gün yenidən imtahan verir

27 İyul 2017 07:09

ABŞ-da attraksionda qəza zamanı 1 nəfər ölüb, 7-si yaralanıb

27 İyul 2017 06:37

Saakaşvilidən Poroşenkoya cavab: “Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəksiniz”

27 İyul 2017 06:34