Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Binəqədidə uçqun

Binəqədidə uçqun

Date: 10 November 2016 16:53

Bakıda uçqun baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun verdiyi məlumata görə, uçqun prosesi Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 34 ünvanında qeydə alınıb.

Onun sözlərinə görə, yaxınlıqdakı fərdi yaşayış evindən 2 metr aralıda, təxminən 7-8 metr məsafədə kəsilmiş maili yamacda uçqun olub.

“Uçqunun baş vermə səbəbi atmosfer yağıntılarıdır. Uçqunun hündürlüyü 3,5 - 4 metrdir” – deyə R. Həsənov qeyd edib. (apa)


Tags:  Binəqədidə uçqun

RƏYLƏR


Top news