Rusiya XİN rəmisi: "Trampın komandasının təmsilçiləri ilə təmasımız olub"

Rusiya XİN rəmisi: "Trampın komandasının təmsilçiləri ilə təmasımız olub"
16:57 10 Noyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ "Rusiya ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın komandasının təmsilçiləri ilə seçkiqabağı kampaniyanın gedişində təmasda olub”.
“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İnterfax”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu təması seçkidən sonra da davam etdirəcəklər.
“Belə təmasları fəallaşdırmağı planlaşdırırsınızmı” sualına cavabında deyib: “Bu işgüzar əlaqədir. Onun davam etdirilməsi şəraitdən və qarşımızda duran məsələlərdən asılıdır. Təbii ki, bu işimizi seçkidən sonra da davam etdirəcəyik”, - deyə nazir müavini söyləyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/trampin-komandasinin-temsilcileri-ile-temasimiz-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR