AXCP-də boyunbağı macərası: sədr "centlmenlik" edir

AXCP-də boyunbağı macərası: sədr "centlmenlik" edir
16:57 10 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bunu artıq məndən soruşmuşdunuz. Çoxdan. Hələ məktəbdə oxuyurdum...

1988-ci ildə çəkilmiş "Nofelet haradadır?" filminin qəhrəmanı Kupidonun eşq oxuna tuş gəldiyini söyləyəndə aldığı cavab belə olmuşdu.

Kupidonun Bakı səmasında uçduğunu görən olmayıb, amma deyilənlərə görə, bu qanadlı yaramaz uçur və oxları ilə də qəlbləri ovlayır. O ovlanmış qəlblər də bəlli, məntiqli davranış çərçivəsindən kənara çıxan əməllərə təkan verir.

Son günlər sosial şəbəkələrdə müzakirə mövzularından biri də yenə yarısiyasi, yarıromantik bir olaydır.

Həmin müzakirələrə səbəb olan iddialara görə, AXCP sədri Əli Kərimlinin mətin silahdaşı, həmfikri və hakimiyyətə qarşı mübarizə adlanan, amma onillərdən bəri dəyişmədiyindən köhənələrək daha çox çuxuru xatırladan "səngər"də bir durduğu Gültəkin Hacıyevaya, yəni Hacıbəyliyə bahalı boyunbağı almağıdır.

Bu boyunbağı məsələsi "kolye hədiyyəsi" təki diskutiv obyektə dönüb.

Ən yaxşı, ülvi hisslərində, pis əməllərdən və xəbis hisslərdən uzaq insan sandıqları liderlərinin indiki "partiya üçün mürəkkəb, ağır vəziyyətdə" (ifadə AXCP üzvlərindən birinə məxsusdur) Gültəkin Hacıbəyovaya belə bahalı zinyət əşyasını ərmağan etməsi xalqın cəbhəsi olduğunu iddia edən, amma xalqı təmsil etməyən və heç bir nəsnəyə cəbhə olmayan strukturun mənsublarını sinirləndirib.

Onlar etibarlı, ən əsası isə az qala abid həyatı sürdüklərinə şübhə etmədikləri, bunu absolyut həqiqət sandıqları adamın belə əməl etməsinə, yumşaq desək, təəsüflənirlər.

"Sanma" felinin "onu sandıq" formatına düşən halında artıq əməl əşyaya çevrilir və AXCP sədri Əli Kərimlinin "sandıq" adlandırılan Pandora qutusunun rəhbərlik etdiyi təşkilata daha nələr vəd etdiyini, deyəsən, sıravi cəbhəçilərdən kimsə bilmir.

Gültəkin Hacıyeva qlamur, mədəni və ziyalı təsir bağışlamaq istədiyi üçün soyadını Hacıbəyli edib. Olsun və belədirsə, artıq həmin xanımın eqosentrik ranqına görə, ona hədiyyə olunan zinət əşyasını kolye adlandırmaq gərəkdir.

43 yaşlı Gültəkin Hacıyeva Milli Məclisinin 2-ci (2000-ci il) və III çağırışlarının (2005-ci il) deputatı olub, ixtisasca şərqşünas və hüquqşünasdır. Üstəlik, dediyinə görə, ingilis, fransız, rus, ərəb və fars dillərini bilir. Ən nəhayət, flologiya elmləri üzrə fəlsəfə doktorudur.

Deputatlıq dövründə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub.

Bütün bu reqaliyaların kölgəsində "Əli Kərimli ona boyunbağı hədiyyə edib" ifadəsi çox cılız, hətta bir qədər primitiv təsir bağışlaya bilər ki, ona görə də həmin kəlmələr "Əli bəy madam Gültəkinə kolye prezent edib" təki səslənərsə və yazılarsa, daha sosyetik olardı.

Necə ki, "mətin, sarsılmaz, təmənnasız müxalifətçi" olduğunu deyən G.Hacıbəyli əvvəllər Toyota Avalon  və LEXUS LX570 markalı avtomobillərin sahibəsi olduğunu, heç pis yaşamadığını əvvəlcə AXCP-də, sonra Milli Şuradakı "millət fədai"lərinin yanında dilə gətirmək istəmirdi.

Boyunbağı və ya kolye - fərq etməz, bu məsələni, deyəsən, müxalifətçilər çox şişirdirlər.

Axı burada nə var ki?! AXCP sədri Əli Kərimli əsl centlmen, hətta Kastilya idalqosu təki davranıb, əməlini və ya özünü bəyəndiyi xanıma kiçik prezent bağışlayıb.

Cənab Kərimlinin madam Hacıyevaya hədiyyəsi onların arasındakı şəxsi münasibətlər kimi dəyərləndirilə bilər və bizim də bu işə müdaxiləmiz Rusiya Pravoslav Sinodunun bir zaman "Davranış qaydaları"nın siqlətindən bəhs etməyinə, yaxud da Yəmənin Səna şəhərindəki Şəriət Məhkəməsinin kinoafişaların müzakirəsinə başlamasına bənzəyərdi.

Necə ki, Gültəkin Hacıyevanın sabiq deputat, "Quska" kimi tanınan Hüseyn Abdullayevlə bir zamanlar tez-tez, özü də xeyli məhrəmanə şəkildə elmi-fəlsəfi müzakirələr aparmasını xatırlamırıq. Müzakirədir də, pis əməlləri düşünməyin: bəlkə onlar işraqiliyin məcazlarından, yaxud "Ay sonatası"nın melodikliyindən danışıblar, özü də bir-birlərindən xeyli aralıda oturaraq.

Gültəkin Hacıyevanın sabiq əri Mahmud Mehdiyevin dediklərini, məhkəmədəki ifadəsini, mətbuat konfransındakı açıqlamalarını da unutmamışıq.

Amma onları da xatırlatmırıq və heç yazmırıq ki, həmin prosesin iclaslarından birində xanım sabiq deputat Bertold Brextin "Kuraj ana" romanındakı qadınlar təki, senzuradan keçməyəcək sözlərlə kimlərisə söyürdü.

Hirslə, əllərini yelləyərək, ucadan - Paris salonlarındakı madam davranışına əsla yaraşmayacaq tərzdə.

Daha əvvəl baldızını insan alverində suçladığı təki.

Ümumiyyətlə, Gültəkin Hacıyeva şərtiliklərə fikir verməyən zatdır. Məsələn, o, ailə qurmağa hazırlaşdığı adamın nişanlı olduğunu bilirdi: fəqət, nişanlı qızın hisslərini eyninə belə almayaraq ərə getdi.

Həmin qız hansı hisslər keçirdi, ailəsi nələr çəkdi - bunlar Gültəkin Hacıyevanın karyera və ailə simbiozu topası ilə müqayisədə xırda məsələlərmiş.

İndi də iddia edirlər ki, AXCP-nin çox ciddi maddi sıxıntılar və pulsuzluqda olduğu mantra təki təkrarlanırsa, bu partiyanın sədri Əli Kərimli rəsmən illərdən bəri heç bir yerdə işləmirsə - onda Gültəkin Hacıyevaya həddiyyə edilən çox bahalı boyunbağının pulu haradan, necə əldə olunub - açıqlansın.

Xam xəyalların miqyası heyrət doğurur. Bəyəm Əli Kərimli indiyədək partiyasının maliyyələşdirilmə yolları və kanalları barədə nə zaman, harada qismən də olsa, dürüst danışıb ki.

... AXCP sədri Əli Kərimlinin xüsusi simpatiya bəslədiyi Gültəkin Hacıyeva boyunbağı hədiyyə etməsi barədə iddialar maraqlı olaydır.

Ən azı ona görə ki, deyəsən, zahirən "yoxsul, yarıac, amma əzmli və qürurlu" olduqlarını deyən siyasətçilərimiz, əslində, zadəgan həyatı sürürlər, lüks sevinclərdən özlərini xali etmək istəmirlər.

AXCP-nin sıravi üzvləri ilə madam Hacıyevanı gerçək siyasətçi sayanlara isə sadəcə, dərin hüznlə təəssüflərimizi bildirmək istərdik.

İfrat bərkidiyini deyən siyasətçinin gözəl sandığı məqamın qarşısında yumşaldığı iddia olunduğu üçün.

Əli Kərimli mübarizə yolunda olduğunu deyir, amma bu yola ona inanların düşündüyü kimi işıq yox, nur düşdüyünü boynuna almayıb.

Dodaqdakı qırmızılıq üçün qara günlər yaşamaq, həqiqətən də, macəra deyil.

Siyasətçiliyi də belə gözdən salmaq olmaz: bir şərtlə ki, ətəkdən tökülən daşlar sonradan kiminsə boynundakı bağda bərq vuran daş-qaş olmaya. Çünki o boyunbağının götürüldüyü yerin ağzı bir zaman açıla bilər...

Orxan Hun
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Neftimiz ucuzlaşıb

16 Avqust 2017 23:39

Tacikistan məktəblərində hicab, saqqal və cins qadağan edildi

16 Avqust 2017 23:34

İnsan beyni haqda çox maraqlı faktlar - İNANILMAZ

16 Avqust 2017 23:28

VİDEO: Bakıda gənc qız küçədə erotik rəqs etdi

16 Avqust 2017 23:21

Lənkəranda maşın 48 yaşlı kişini vurdu

16 Avqust 2017 23:19

Pilotsuz dəniz nəqliyyatı - sınaqlar 2018-ci ildə başlanacaq

16 Avqust 2017 23:18

Çavuşoğlu xəbərdarlıq etdi -

16 Avqust 2017 23:16

Füzuli rayonunda əl qumbarası tapılıb

16 Avqust 2017 23:07

İspaniyanın sahil mühafizə xidməti 600-ə yaxın miqrantı xilas edib

16 Avqust 2017 23:02

Evləndiyi qadın dələduz çıxdı: Türkiyə vətəndaşı onu axtarır - VİDEO

16 Avqust 2017 22:58

Lənkəranda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

16 Avqust 2017 22:52

"Kopenhagen" klubu "Qarabağ"ın kapitanından UEFA-ya şikayət edib

16 Avqust 2017 22:47

Türkiyə Almaniyaya nota verdi

16 Avqust 2017 22:37

Ronaldo ilə bağlı şikayət rədd edildi

16 Avqust 2017 22:34

"Real"ın apellyasiya şikayəti RƏDD EDİLDİ

16 Avqust 2017 22:33

ABŞ-da dərman maxinasiyası ilə məşğul olan erməni cinayətkar qruplaşmasının üzvləri həbs edilib

16 Avqust 2017 22:22

Hərbi helikopter qəzaya uğradı - 5 nəfər itkin düşdü

16 Avqust 2017 22:18

“WhatsApp”, “Viber” və “Telegram” messencerlərini vahid çatda birləşdirən proqram hazırlanıb

16 Avqust 2017 22:16

Tanınmış aparıcı "Xəzər"dən qovuldu -

16 Avqust 2017 22:16

Saakaşvili Ukrayanaya qayıdacağı tarixi açıqladı

16 Avqust 2017 22:14

Ağdam sakini zəhərli ilanı həyətində bəsləyir – VİDEO

16 Avqust 2017 22:03

Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacaq

16 Avqust 2017 22:02

6 otaqlı ev əşyaları ilə birgə yandı - Göygöldə

16 Avqust 2017 21:59

"Real"ın apellyasiya şikayəti rədd edildi

16 Avqust 2017 21:55

“Milan”ın futbolçusu İspaniya klubuna keçdi

16 Avqust 2017 21:48

İlan 8 yaşlı uşağın başından sancdı - Göyçayda

16 Avqust 2017 21:34

Qəbələdə 68,5 min ton taxıl məhsulu tədarük edilib

16 Avqust 2017 21:33

Polşalı rəsmilər Azərbaycandan dəstək istədi

16 Avqust 2017 21:28

Macarıstan 116 qanunsuz miqrantı ərazisinə buraxmayıb

16 Avqust 2017 21:27

Dünyanın ən uzunömürlü insanlarının yaşadığı ÖLKƏLƏR

16 Avqust 2017 21:18

Gəncədə oğul anasını vəhşicəsinə döydü

16 Avqust 2017 21:14

Xaricə uğurla köçmək üçün – 12 QIZIL QAYDA

16 Avqust 2017 21:03

Zaur, Xoşqədəm, Mətanət... -

16 Avqust 2017 21:02

Pentaqon: Rakka ərazisində 2500-dək İŞİD silahlısı var

16 Avqust 2017 20:47

Məktəblərdə hicab, saqqal və cins QADAĞAN EDİLDİ

16 Avqust 2017 20:43

MilliÖN-dən pul oğurlayan şəxs tutuldu

16 Avqust 2017 20:43

“Ağıllı” pəncərələr də yaradıldı

16 Avqust 2017 20:34

Türkiyədə zəlzələ olub

16 Avqust 2017 20:32

“WhatsApp”, “Viber” və “Telegram”ı vahid çatda birləşdirən PROQRAM TAMİNATI HAZIRLANDI

16 Avqust 2017 20:28

ABŞ-da helikopter qəzası - 5 hərbçi itkin düşdü

16 Avqust 2017 20:19

Nigeriyada terror aktı nəticəsində ölənlərin sayı 30 nəfərə çatdı

16 Avqust 2017 20:18

Lənkəranda ağır qəza - ölənlər və xəsarət alanlar var

16 Avqust 2017 20:13

CİA-nın QAFQAZ PLANI, Qarabağda “yorucu” MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

16 Avqust 2017 20:03

Keniyanın keçmiş baş naziri prezident seçkilərinin nəticələrinə etiraz edib

16 Avqust 2017 20:02

"Qarabağ"ın zəfəri dünya mətbuatında - NƏ YAZDILAR?

16 Avqust 2017 19:57

Xətaidə yaşayış binasında yanğın olub

16 Avqust 2017 19:57

Saqqızın hazırlanması üsulu - VİDEO

16 Avqust 2017 19:48

Röya yenidən Samirlə axtarışa çıxıb - İLLƏR SONRA

16 Avqust 2017 19:38

Qardaş bacısının xına mərasiminə hücum etdi -

16 Avqust 2017 19:38

Keçmiş SSRİ-nin tanınmış aktrisası vəfat edib

16 Avqust 2017 19:37