Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rəna Bayramqızı kimsəsiz qıza yardım əlini uzatdı - FOTO

Rəna Bayramqızı kimsəsiz qıza yardım əlini uzatdı - FOTO

Date: 10 November 2016 17:17

Sevilən aparıcı, psixoloq, pedaqoq Rəna Bayramqızı verlişinə müraciət edən kimsəsiz, uşaqlar evində böyüyən Tamillaya yardım etdi. Belə ki, bu xanımın gözündə yaranan zəiflik və çəplik onu çox narahat edirdi. Lakin bu xəstəlikləri müalicə etməyə heç bir maddi köməyi olmayan Tamilla xanım kömək üçün Rəna Bayramqızına müraciət edib.

Milli.Az bildirir ki, sevilən aparıcı isə "Sağlam Nəsil" verilişində mütəmadi olaraq çalışdığı həkim dostlarına müraciət edərək bu xanıma əlindən gələn köməkliyi edib. Onu da diqqətinizə çatdıraq ki, müayinələr zamanı xanımın əsəblərində gərginlik olduğu aşkarlanmışdır. Bu işdə də Rəna Bayramqızı ona yardım edərək Tamillanı bütün həkimlərin yoxlanışlarından keçirdib.

Milli.Az










Tags:  Rəna Bayramqızı kimsəsiz qıza yardım əlini uzatdı FOTO

RƏYLƏR


Top news