ARB TV-nin "Evgördü" verilişi müğənni Mənzurə Musayevanın evində çəkiliş edib.
Axşam.az-ın məlumatına görə, sənətçinin anası Abuzəndə və bacısı Nazilə ilk dəfə kamera qarşısına keçib.
M.Musayeva ətir hədiyyə almağı çox sevdiyini deyib:
"Ətir ən gözəl hədiyyədir. Evdə tək yaşayıram. Amma anam çəkilişlərdə hər zaman yanımda olur. Bacım da tez-tez mənə baş çəkir. Anam olmasa, elə bil həyat yoxdur. Mahnılarımı bəyənmir. Ümumiyyətlə lirikanı xoşlamır, ancaq oynaq mahnılar sevir".