Dağlıq Qarabağ münaqişəsi zonasında aprel hadisələri ATƏT-in Minsk qrupu üçlüyünün vasitəçiliyinin vacibliyini göstərdi.
Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilatın Daimi Şurasında çıxışı zamanı deyib.
"Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşündə əldə edilən razılaşmaların tam icra olunmasına çağırırıq. Fransa və ABŞ-la birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllində konsensusun əldə olunması istiqamətində kömək etməyə davam edəcəyik", - deyə o, bildirib.
Milli.Az