Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlara 2,2 mln. manat güzəştli kredit verilib

Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlara 2,2 mln. manat güzəştli kredit verilib
17:32 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair İsmayıllı rayonunun Qalınçaq kəndində işgüzar forum keçirib.
“Report”a nazirlikdən verilən xəbərə görə, forumda 80-ə yaxın sahibkar iştirak edib.
Forum çərçivəsində rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2 032 investisiya layihəsinin maliyyələşdirilməsinə 134 mln. manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu investisiya layihələrinin reallaşdırılması 6 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir: “Ümumilikdə, bugünədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,5 mln. manat güzəştli kredit verilib”.
İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 2,2 mln. manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, intensiv kartofçuluq, bağçılıq, logistika mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsindərayonda güzəştli kredit ayrılan intensiv kartofçuluq təsərrüfatına, logistika mərkəzinin tikintisinə baxış keçirilib.



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dagliq-sirvan-iqtisadi-rayonunda-sahibkarlara-2-2-mln-manat-guzestli-kredit-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR