Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əbülfəs Qarayev İRCİCA-nın baş direktoru ilə görüşüb

Əbülfəs Qarayev İRCİCA-nın baş direktoru ilə görüşüb

Date: 10 November 2016 17:32

Bakı. 10 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 10-da İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRCİCA) baş direktoru Halit Eren ilə görüşüb. 
Mədəniyyət və Turizm Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Ə.Qarayev Bakıda keçirilən "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi konfransın təşkilinə və iştiraka görə qonağa təşəkkürünü bildirib və tədbirin Qarabağ irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. 
İRCİCA-nın baş direktoru Halit Eren növbəti ildə İstanbulda İRCİCA-nın baş qərargahında Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsini və alimlərin iştirakı ilə elmi müzakirələrin aparılmasını təklif edib.
H.Eren Bakıya hər səfərində Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün layihələrin həyata keçirildiyini bildirib.
Nazir 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qonağı dəvət edərək bildirdi ki, oyunlar zamanı Bakıda xüsusi mədəniyyət proqramının da hazırlanması planlaşdırılır.


Tags:  Əbülfəs Qarayev İRCİCA-nın baş direktoru görüşüb


RƏYLƏR


Top news