“Baku Business Factory”də Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi ilə görüş keçirilib

“Baku Business Factory”də Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi ilə görüş keçirilib
17:37 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün “Baku Business Factory”nin (BBF) ofisində Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi ilə görüş keçirilib.
“Report” xəbər verir ki, Almaniyanın Azərbaycandakı səfirliyinin İqtisadiyyat və Mədəniyyət Məsələləri üzrə attaşesi Hayke Mökel ilə görüşdə “Baku Business Factory”nin idarə heyətinin üzvü Anar Əskərov və şirkətin layihələr üzrə meneceri Rəşad Məmmədov iştirak ediblər.
Görüş zamanı diplomatik nümayəndəliyin üzvünə gənc iş adamı Anar Əlizadənin təsis etdiyi BBF şirkəti, onun məqsəd və gələcək planları barədə məlumat verilib.
Almaniya şirkətləri ilə BBF-də olan və müraciət edən “start up”larla əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub. Görüşdə gənclərin “start up” layihələrinin beynəlxalq əlaqələrinin inkişafına dəstəyin vacibliyi vurğulanıb. Bu istiqamətdə Almaniya şirkətləri ilə Azərbaycanda əsası qoyulan “start up” layihələrin əlaqələndirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanda BBF-in tərkibində olan “start up”ların fəaliyyət istiqamətləri və perspektivləri müzakirə olunub.
BBF-in dəstək göstərdiyi xalis bal satışı ilə məşğul olan “MR BEE” brendinin rəhbəri Cavid Kərimov şirkətin gələcək planları haqqında məlumat verdi və məhsullarının satışını yerli bazarda möhkəmləndirməklə yanaşı xarici bazarlara ixrac istiqamətində də işlər gördüklərini qeyd etdi.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/baku-business-factory-de-almaniyanin-azerbaycandaki-sefirliyinin-numayendesi-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR