Akif Çovdarov: "Mənə bu məhkəmə və onun qərarı maraqlı deyil"

Akif Çovdarov: "Mənə bu məhkəmə və onun qərarı maraqlı deyil"
17:37 10 Noyabr 2016
474 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç keçmiş MTN əməkdaşının məhkəmə prosesi davam etdirilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, iclas təyin olunduğu vaxtda, saat 11:00-da başlamadı. Təqsirləndirilənlərdən məhkəmədə yalnız Akif Əliyev iştirak edirdi. Təqsirləndirilənləri təcridxanadan məhkəməyə gətirən konvoyun rəhbəri bildirdi ki, Akif Çovdarovun vəziyyəti pisdir və yaxın dəqiqələrdə həkimlər onun məhkəməyə gələ bilib-bilməməsi barədə qərar verəcəklər. Hakim Həbib Həsənov bir saatlıq fasilə elan etdi.

Çovdarov gəldi, amma həkimlə

Təyin edilmiş vaxta 10 dəqiqə qalmış Akif Çovdarov və digər təqsirləndirilənlər məhkəmə zalına gətirildilər. Çovdarov məhkəməyə həkim müşayiəti ilə gətirilmişdi. Generalın vəziyyətinin ötən dəfəkindən daha pis olduğu görünürdü.

Virtualaz.org bildirir ki, hakimin məhkəmə iclasını açıq elan etməsi ilə generalın vəkili Kamandar Nəsibovun ilk vəsatətini səsləndirməsi bir oldu. O, müdafiə etdiyi Çovdarovun ona sözü olduğunu və görüşmək üçün hakimdən 3 dəqiqə vaxt istədiyini bildirdi. Hakim Həbib Həsənov görüşə şəraitin yaradılmasına və buna 5 dəqiqə vaxt ayrılmasına göstəriş verdi,

"Sən oturanı uzanan görürsən?"

Görüşdən qayıdan Kamandar Nəsibov müdafiə etdiyi şəxsin səhhətinin məhkəmədə iştirak etməsinə imkan vermədiyini dedi: "Adamı dörd nəfər sürüyə-sürüyə gətirib. Bu vəziyyətdə o, məhkəmədə iştirak edə bilməz. Xahiş edirəm, məhkəmə buna münasibətini bildirsin".

Söz alan Akif Çovdarov iclasda iştirak etmək istəmədiyini bildirdi: "Mən məhkəmədə iştirak etmək istəmirəm, halım yoxdur, aclıq eləyirəm. İstəyirsiniz, yazım verim ki, mənsiz keçirilsin məhkəmə".

"Adam orda uzanıb, belə məhkəmə qarşısında cavab vermək olar?", - müdafiə etdiyi şəxsin sözünə "qüvvət" verən vəkil Kamandar Nəsibov səsləndi.

Bu yerdə artıq əsəbləri tab gətirməyən zərərçəkmişlərdən biri dilləndi: "Sən oturanı uzanan görürsən? Nə qədər davam edəcək bu oyun?"

Bu "deyişmə"dən sonra söz alan dövlət ittihamçısı hakimdən məhkəmə baxışına başlanmasına qərar verməsini, təqsirləndirilənlərin həbs qətimkan tədbirinin dəyişdirilməməsini xahiş etdi.

Digər vəkillər, zərərçəkmişlər və təqsirləndirilənlər məhkəmə baxışının başlanması barədə qərar verilməsini istədiklərini bildirdilər.

"Yastıq da verin!"

Bu arada Akif Çovdarov hakimə müraciət edərək, otura bilmədiyini və elə qəfəsdəki skamyada uzanmasına icazə verilməsini istədi. Hakim buna etiraz etmədi. Zərərçəkənlərdən birinin replikası yadda qaldı: "Yastıq da verin!"

"Timsahın göz yaşları"

Təqsirləndirilən Səlim Məmmədovun vəkili çıxış edərək bildirdi ki, müdafiə etdiyi şəxsin pensiyası verilmir. Vəkilin sözlərinə görə, müvəkkilinin həyat yoldaşı işləmir və dörd uşağı var, gəlir mənbəyi isə yoxdur. Pensiyanın məbləği isə az deyil, 1200 manata yaxındır.

Vəkil bununla bağlı istintaq orqanına və banka dəfələrlə müraciət etdiyini dilə gətirdi.

"Mənə məhkəmə və onun qərarı maraqlı deyil"

Ara-sıra həkim tərəfindən qan təzyiqi ölçülən Akif Çovdarov söz alaraq bildirdi: "Mənə bu məhkəmə və onun qərarı maraqlı deyil. Özüm illərlə qərar çıxarmışam, əvvəllər də "kolon" rəisi işləmişəm. Hər şeyi gözəl bilirəm".

Müvəkkilinin səhhəti ilə bağlı qaldırdığı məsələyə cavab ala bilməyən vəkil Kamandar Nəsibov isə söz alaraq, məhkəmə heyətinin tərkibinə etiraz etdiyini və bununla bağlı vəsatət vermək istədiyini bildirdi.

Məhkəmə hazırlıq iclasının yekunu və qaldırılmış vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə yollandı.

Məhkəmə baxışı başlayır

Təxminən 2 saatlıq fasilədən sonra hakim Həbib Həsənov məhkəmənin qərarını oxudu və bildirdi ki, vəsatətlərin heç biri təmin olunmur və məhkəmə baxışı noyabrın 14-nə təyin edilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Uşaqların ürək qüsurlu doğulmasının - Səbəbləri

24 Avqust 2017 13:03

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb

24 Avqust 2017 13:02

Azərbaycanda ilk dəfə - "Mübarizlər" yarışı

24 Avqust 2017 12:58

ABŞ-dan İrəvana ŞOK: “Ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”

24 Avqust 2017 12:58

MHP sədri: “Bu, Türkiyə üçün müharibə səbəbi sayılmalıdır”

24 Avqust 2017 12:58

Rusiyanın xarici işlər naziri Qətər ətrafındakı vəziyyəti müzakirə etmək üçün Körfəz ölkələrinə səfər edəcək

24 Avqust 2017 12:57

Aİ nümayəndəliyinin yeni rəhbəri Bakıya sentyabrın ilk yarısında gələcək

24 Avqust 2017 12:52

Mübariz Qurbanlı Samuxda vətəndaşları qəbul edəcək

24 Avqust 2017 12:52

Azərbaycanın 4 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulur

24 Avqust 2017 12:52

Lev Leşenko: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"

24 Avqust 2017 12:47

Fazil Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

24 Avqust 2017 12:47

Cəlilabadda 4 otaqlı ev yanıb

24 Avqust 2017 12:44

İsrail - Azərbaycan oyununun vaxtı dəyişdirilib

24 Avqust 2017 12:42

BAKI: Əcnəbi vətəndaşın çantası oğurlandı

24 Avqust 2017 12:42

Bir nəfər göldə batdı - Neftçalada

24 Avqust 2017 12:39

Naz qol vuran futbolçunu otelə dəvət etmişdi

24 Avqust 2017 12:37

Dünyada ən sürətli smartfon bəlli olub

24 Avqust 2017 12:35

Gözəl Bayramlının apellyasiya şikayəti təmin edilməyib

24 Avqust 2017 12:32

39 dərəcə isti olacaq - SABAH

24 Avqust 2017 12:29

Yağış yağacaq, şimşək çaxacaq

24 Avqust 2017 12:29

DİM test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

24 Avqust 2017 12:28

Vergilər Nazirliyi ƏDV ilə bağlı qərarında dəyişiklik edib

24 Avqust 2017 12:27

"Qarabağ"ın tarixi qələbəsi dünya mediasının MANŞETLƏRİNDƏ

24 Avqust 2017 12:27

Sabah rayonlarda şimşək çaxacaq, yağış yağacaq

24 Avqust 2017 12:22

Ermənistanda gərgin siyasi vəziyyət

24 Avqust 2017 12:21

Xuraman Fatimə ilə qalmaqalından danışdı: “Arada söz gəzdirənlər...”

24 Avqust 2017 12:19

Türkiyəli ginekoloqdan tez hamilə qalmaq üçün QƏRİBƏ ÜSUL

24 Avqust 2017 12:18

Bakıda maşından 3400 manat oğurlanıb

24 Avqust 2017 12:17

ABŞ dörd ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırmağı planlaşdırır

24 Avqust 2017 12:17

Qarabağ münaqişəsinin həllinə dair 6 element - Amerikalı həmsədrdən AÇIQLAMA

24 Avqust 2017 12:14

Qadınlar niyə "pis" oğlanları seçir?

24 Avqust 2017 12:14

Xırdalanda qarət məqsədi ilə evə girən şəxs tutulub

24 Avqust 2017 12:12

Sumqayıtda əcnəbi vətəndaşa məxsus çanta oğurlanıb

24 Avqust 2017 12:12

Avropa İttifaqının Azərbaycana yeni səfiri təyin olunub

24 Avqust 2017 12:09

Bu da Ayanın Türkiyədəki DƏBDƏBƏLİ EVİ - FOTO/VİDEO

24 Avqust 2017 12:08

"Qarabağ"ın qələbəsi erməniləri özündən çıxardı - FOTO

24 Avqust 2017 12:07

Gəncədə "Tarixlə addımla!”

24 Avqust 2017 11:58

Məhkəmə qətldə ittiham edilən şəxsə bəraət verdi

24 Avqust 2017 11:58

Qənirə Paşayeva: "Qurban Qurbanovla danışdım və..."

24 Avqust 2017 11:57

Dövlət Statistika Komitəsi açıq tender elan edib

24 Avqust 2017 11:57

SOCAR Gürcüstana 65 ton yanacaq verib

24 Avqust 2017 11:54

Hündürdaban ayaqqabı geyinən xanımların PROBLEMİ - “Halluks valgus”

24 Avqust 2017 11:53

Ağsuda beş uşaq atası amansızlıqla qətlə yetirilib

24 Avqust 2017 11:52

"Kim bahalı brilliant alsa, ona ərə gedəcəm"

24 Avqust 2017 11:52

Avtobusda dava düşdü, sərnişin sürücünü...

24 Avqust 2017 11:50

İŞİD bu ölkə üçün yeni qətliam söz verdi - VİDEO

24 Avqust 2017 11:48

Lalə Məmmədova solo konsert verəcək

24 Avqust 2017 11:48

Abşeronda dostlarını öldürən şəxslərdən birinin cəzası azaldılıb

24 Avqust 2017 11:47

Deputatdan şok açıqlama: "Qarabağ" məni maraqlandırmır"

24 Avqust 2017 11:47

Yataqxanada yanğın: 30 nəfər təxliyə edildi

24 Avqust 2017 11:44