İlin son akkordları - Türkiyə ilk qələbə arzusunda

İlin son akkordları - Türkiyə ilk qələbə arzusunda
18:03 10 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Sabah DÇ-2018-in seçmə mərhələsində 4-cü tura start veriləcək. 2016-cı ilin son seçmə matçları çərçivəsində 9 qrupda 27 qarşılaşma baş tutacaq.

Publika.az xəbər verir ki, ilk oyun günündə C, E və F qruplarının bütün görüşləri, həmçinin A qrupunun 1 görüşü oynanılacaq. Azərbaycan millisinin mübarizə apardığı qrupun liderləri olan Almaniya və yığmamız səfər sınağına çıxacaq. Ümumiyyətlə, bu turda liderlərin əksəriyyəti səfərdə xal qazanmağa çalışacaq. Millimiz qrupun mərkəzi oyununda ən yaxın izləyicisi Şimali İrlandiyanın, itkisiz irəliləyən Bundestim isə autsayder San-Marinonun qonağı olacaq.

Turun ikinci günündə D, E və G qruplarında matçlar keçiriləcək.

J qrupunun mərkəzi matçı Albaniyada baş tutacaq. “Qarabağ”ın futbolçusu Ansi Aqollinin komandası İsraili sınağa çəkəcək. Liderlər İspaniya ilə İtaliyanın nisbətən asan sınağa çıxdığı turda Albaniya 3-cü pillədə möhkəmlənmək üçün vuruşacaq.

Günün ən maraqlı oyunlarından biri İ qrupunda baş tutacaq. 7 xalla şərikli liderlik edən Xorvatiya ilə İslandiya balkanlıların meydanında görüşəcək. Qonşu Türkiyə yığması üçün isə ilk qələbəni qazanmaq imkanı yaranıb. “Ay-ulduzlular” seçmə mərhələnin debütantı Kosovonu məğlub etməklə durumunu yaxşılaşdırmağa iddialıdır.

DÇ-2018. Seçmə mərhələ, Avropa zonası

11 noyabr

C qrupu

23:45 Çexiya – Norveç

23:45 San-Marino - Almaniya

23:45 Şimali İrlandiya - Azərbaycan

1. Almaniya – 9. 2. AZƏRBAYCAN – 7. 3. Şimali İrlandiya – 4. 4. Norveç – 3. 5. Çexiya – 2. 6. San-Marino – 0.

E qrupu

21:00 Ermənistan – Monteneqro

23:45 Danimarka – Qazaxıstan

23:45 Rumıniya – Polşa

1. Monteneqro – 7. 2. Polşa – 7. 3. Rumıniya – 5. 4. Danimarka – 3. 5. Qazaxıstan – 2. 6. Ermənistan – 0.

F qrupu

23:45 Slovakiya - Litva

23:45 Malta - Sloveniya

23:45 İngiltərə - Şotlandiya

1. İngiltərə - 7. 2. Litva – 5. 3. Sloveniya – 5. 4. Şotlandiya – 4. 5. Slovakiya – 3. 6. Malta – 0.

A qrupu

23:45 Fransa – İsveç

12 noyabr

D qrupu

21:00 Gürcüstan – Moldova

21:00 Avstriya – İrlandiya

23:45 Uels – Serbiya

1. Serbiya – 7. 2. İrlandiya – 7. 3. Uels – 5. 4. Avstriya – 4. 5. Gürcüstan – 1. 6. Moldova – 0.

G qrupu

23:45 Lixtenşteyn - İtaliya

23:45 Albaniya - İsrail

23:45 İspaniya - Makedoniya

1. İspaniya – 7. 2. İtaliya – 7. 3. Albaniya – 6. 4. İsrail – 6. 5. Makedoniya – 0. 6. Lixtenşteyn – 0.

İ qrupu

21:00 Türkiyə - Kosovo

21:00 Xorvatiya – İslandiya

23:45 Ukrayna – Finlandiya

1. Xorvatiya – 7. 2. İslandiya – 7. 3. Ukrayna – 5. 4. Türkiyə - 2. 5. Finlandiya – 1. 6. Kosovo.

13 noyabr

A qrupu

21:00 Bolqarıstan - Belarus

21:00 Lüksemburq – Hollandiya

1. İsveç – 7. 2. Fransa – 7. 3. Hollandiya – 4. 4. Bolqarıstan – 3. 5. Belarus – 2. 6. Lüksemburq – 1.

B qrupu

21:00 Macarıstan – Andorra

21:00 İsveçrə - Farer adaları

23:45 Portuqaliya - Latviya

1. İsveçrə - 9. 2. Portuqaliya – 6. 3. Macarıstan – 4. 4. Farer adaları – 4. 5. Latviya – 3. 6. Andorra – 0.

H qrupu

21:00 Kipr - Cəbəllütariq

23:45 Belçika – Estoniya

23:45 Yunanıstan - Bosniya və Herseqovina

1. Belçika – 9. 2. Yunanıstan – 9. 3. Bosniya və Herseqovina – 6. 4. Estoniya – 3. 5. Kipr – 0. 6. Cəbəllütariq – 0.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR