Pentaqondan SOS: Müharibə bir neçə günə başlayır

Pentaqondan SOS: Müharibə bir neçə günə başlayır
18:03 10 Noyabr 2016
312 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin təyyarələri Suriya səmasında qeydə alınıb.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) Hərbi Dəniz İnstitutunun portalına bildiriblər.

Pentaqon nümayəndəsinin sözlərinə görə, yaxın günlərdə Hələb ətrafında döyüş əməliyyatlarının aktivləşməsi gözlənilir və əməliyyatlara “Admiral Kuznetsov” aviaqrupu da qoşula bilər.

Noyabrın 8-də Rusiya Müdafiə Nazirliyindəki mənbə “İnterfaks”a bildirib ki, “Admiral Kuznetsov” kreyserinin göyərtə aviasiyası və yüksək dəqiqliyə malik silahlarla təchiz edilmiş hərbi gəmiləri Hələbdə döyüşçülərə zərbələr endirməyə hazırlaşırlar. Oktyabrın 26-da NATO-dan bildiriblər ki, Suriya istiqamətinə yollanan “Admiral Kuznetsov” Hələbə zərbələrin vurulması üçün istifadə edilə bilər.

“Admiral Kuznetsov”a daxil olan gəmi qrupu son günlərdə Kipr adasından cənubda idi. Amerika hərbçilərinin məlumatına görə, gəmilər daha şərq istiqamətinə - Suriya sahillərinə irəliləməyə başlayıb.

“Admiral Kuznetsov” təyyarədaşıyan gəminin başçılıq etdiyi 8 gəmidən ibarət Rusiya donanmasına “Böyük Pyotr” ağır atom raket kreyseri, bir sualtı gəmi, “Vitse-admiral Kulakov” gəmisi, həmçinin tanker və yedək xilasedici daxildir. “Severomorsk” gəmisi 2016-ci il oktyabrın 15-də gəmi qrupunu tərk edib.

Qeyd edək ki, “Böyük Pyotr” kreyseri nüvə gücünə malikdir. Gəmi qrupunun 2017-ci ilin yazına qədər Aralıq dənizində missiyanı davam etdirəcəyi gözlənilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR