Şimali İrlandiya - Azərbaycan: Tanınmışlardan maraqlı PROQNOZ

Şimali İrlandiya - Azərbaycan: Tanınmışlardan maraqlı   PROQNOZ
18:17 10 Noyabr 2016
263 İdman
Ölkə mətbuatı
A- A+

Sabah 2018-ci ilin  Dünya çempionatının seçmə turunda  çərçivəsində Şimali İrlandiya-Azərbaycan oyunu baş tutacaq. Oyunla bağlı müxtəlif tanınmış şəxslərin proqnozlarını təqdim edir:


Ülvi Quliyev (millət vəkili): "Düzü, futbola neçə vaxtır ki, baxmırdım. Lakin, son vaxtlar millimizin uğurlu çıxışı mənə futbolumuza maraqı qaytardı və komandamızın oynunu mütləq izləyəcəm. Sualı eşidən kimi ürəyimdən 1:1 hesabı keçdi. İnanıram ki, bu hesab vaxtı oyunun tempini artırıb, qələbə topu da vura biləcəyik".


Adil Əliyev (millət vəkili): "Ümid edirəm ki, ən azından  futbolçularımız 1 xalla Bakıya dönə biləcək. Qalib gəlməyimizi istəsəm də, lakin heç-heçə daha real görünür. Düşünürəm ki hesab 1:1 olacaq".


Arif Əsədov (məşqçi, gənclər arasında dünya və Avropa çempionu): "Şimali İrlandiya futbolu yüksəliş dövründədir və onlara qalib gəlmək çox çətin olacaq. Lakin bizim futbolçular da artıq məğlub olmaq ənənəsinə son qoyublar və rəqib meydançasına belə qələbə üçün çıxırlar. Buna görə də, oyunun çox gərgin və maraqlı keçəcəyini düşünürəm.1 Matçın 1:1 hesabı ilə başa çatacağını düşünürəm. Fikrimcə, bizimkilər hesabı açsalar da, qələbəni qoruya bilməyəcəklər".


Elşən Abdulrəhimov (kikboksinq yığma komandasının baş məşqçisi): "Futbolçularımız son vaxtlar yaxşı oyun nümayiş etdirirlər. Əminəm ki, Şimali İrlandiyadan xalsız qayıtmayacaqlar. Qələbəyə inanmasam da, heç-heçəyə inanıram. Düşünmürəm ki, oyun çox məhsuldar olsun, qapılara maksimum 2 top vurulacaq - 1:1".


Rəhman Hətəmov (AMKF-ın vitse-prezidenti): "Matçı iki baş məşqçinin taktiki quruluşlsarının “müharibəsi” adlandırardım. Bizim komanda üçün əsas məqsəd qol buraxmamaq olacaq və inanıram ki, biz buna nail olacağıq. Lakin, müdafiyyə taktikası qol vurmağımıza şərait yaratmasa da, əsas məqsədimizə - xal qazanmağımıza nail olacağıq. Beləliklə, oyunun 0:0 hesabı ilə bitəcəyini düşünürəm". (atv.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-imali-rlandiya-azrbaycan-tannmlardan-maraql-t54043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR