Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şimali İrlandiya yığmasının kapitanı: "Azərbaycanla oyun bizim üçün çox önəmlidir"

Şimali İrlandiya yığmasının kapitanı: "Azərbaycanla oyun bizim üçün çox önəmlidir"

Azərbaycan liderə qarşı - FOTO (23 Mart 2017 21:37)
“Azərbaycana qarşı amansız olacağıq” – Almaniyanın baş məşqçisi (22 Mart 2017 15:44)
Mundiala yollanmağa namizəd 8 sürpriz komanda: Azərbaycan... (22 Mart 2017 12:42)

Tarix: 10 Noyabr 2016 18:17

Bakı. 10 noyabr. REPORT.AZ/ "Əlbəttə, Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Çünki bu görüşün nəticəsi qrupdakı taleyimizi müəyyənləşdirəcək".
"Report"un məlumatına görə, bunu Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı analiz etdiklərini bildirib: "Onlar müdafiədə dərinliklərdən oynayırlar. Heyətlərində çox güclü oyunçular var".
S.Devisin fikrincə, bu görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər: "Ev oyunumuzda maksimum xal toplamağa çalışmalıyıq".
Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Windsor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Teqlər:  Şimali İrlandiya yığmasının kapitanı Azərbaycanla oyun bizim çox önəmlidir



RƏYLƏR


Top xəbərlər