"Hamımız Azərbaycanla oyunda ondan qol gözləyirik"

"Hamımız Azərbaycanla oyunda ondan qol gözləyirik"
18:27 10 Noyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Təəssüf ki, Azərbaycanla görüşdə komandama kömək edə bilməyəcəm. Amma yığmamıza kənardan da olsa, dəstək verəcəm.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının hücumçusu Ceymi Uord deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsinsdə sabah Azərbaycan millisini qəbul edəcək britaniyalılarda Uord zədəli olduğundan komandadan kənarlaşdırılıb. Təcrübəli forvard buna baxmayaraq, komandasının qələbə qazanacağına inanır.
 
O, yerli mətbuata açıqlamasında komandada kifayət qədər güclü hücumçunun olduğunu söyləyib: "Yığmamızda hücumçu problemi yoxdu. Düzdü, Kayl Lafferti son vaxtlar çox oynamayıb və özünəinamı artırmaq üçün qola ehtiyacı var. Kayl yaxşı bilir ki, komandada möhkəmlənmək üçün Azərbaycanla matçda nəsə etməlidi. San-Marino ilə son görüşdə olduğu kimi, hamımız ondan qol gözləyirik və bilirik ki, Kayl yüksək səviyyədə futbol oynamağı bacarır. Komandamıza güvənirəm. İnanıram ki, onlar bizə qələbə sevinci yaşadacaqlar. Bu qələbə uzun fasilə öncəsi ikinci pilləyə yüksəlməyimizə kömək edə bilər. Martdakı oyunlara rahat çıxmaq üçün mütləq qalib gəlməliyik. Avropa çemopionatından sonra dünya çempionatına da yollanmaq möhtəşəm olar. Bu baxımdan Azərbaycanla görüş çox vacibdi".
 
Qeyd edək ki, 3 turdan sonra Azərbaycan millisi 7 xalla ikinci, Şimali İrlandiya isə 4 xalla üçüncü pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR